“Qəzzada baş verənlər beynəlxalq sistemin legitimlik böhranının ən bariz əlamətidir. Biz region ölkələri ilə birlikdə qarantorluq da daxil olmaqla, məsuliyyəti öz üzərimizə götürməyə hazırıq”.
Ovqat.com-un məlumatına görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün keçirilən Antalya Diplomatik Forumunda çıxış edərkən deyib.
Hakan Fidan Qəzza üçün ABŞ əsgərinin özünü yandırmasına da toxunaraq bildirib ki, "Qərbin şərəfli insanlarının bu vəhşiliyə artıq biganə qalmadığını görürük".
Böhranın ilk günündən Qəzza xalqına qarşı zorakılığa dərhal son qoymaq üçün təşəbbüslər irəli sürdüklərini xatırladaq Fidan vurğulayıb ki, dünya bu gün dövlətlərarası münasibətlərdən kənara çıxan diplomatik trafiklə üzləşib: “Dəyişməyən xüsus diplomatiyaya duyulan ehtiyacdır. Bir çox sahələr diplomatiyanın əsas mövzusuna çevrilib. Biz builki Antalya Diplomatiya Forumunun adını məhz bu səbəbdən “böhran dövrlərində diplomatiya” qoyduq”.
Hakan Fidanın çıxışında önə çıxan digər məqamlar:
✅ “Bildiyimiz kimi, mövcud beynəlxalq nizam ədalət və bərabərlik vəd etmir. Beynəlxalq sistemin zəiflədiyi göz qabağındadır. Ədalətə əsaslanmayan heç bir nizam daimi ola bilməz. Ədalət üçün səsini ucaldan ölkələr var. Türkiyə hər zaman problemlərin həllinə konstruktiv töhfə verir və böhranlar qarşısında prinsipial mövqe nümayiş etdirir”.
✅ “İllərdir həyata keçirdiyimiz xarici siyasətimiz sülhü, firavanlığı təmsil edir. Prezidentimiz bütün səmimiyyəti ilə qlobal ədalətsizliyi aradan qaldırmaq üçün var gücü ilə mübarizə aparır”.
✅ “Bizim boş yerə sərf ediləcək vaxtımız yoxdur, indi diplomatiya lazımdır. Qəzzanın fotosu beynəlxalq sistemin ikiüzlülüyünü göstərir”.
✅ “1937-ci ildən sonra Fələstin həyəcan siqnalı çaldı. Qlobal vicdan atəşkəs deyir. Bəşəri dəyərləri dəstəkləyən hər kəs Qəzzada qətliamın dayandırılmasını istəyir, lakin cinayətkarlar bu səslərə kor və kardırlar”.
✅ “Beynəlxalq sistemdəki böhranların başqa bir təzahürü üçüncü ildir davam edən Ukrayna-Rusiya müharibəsidir. Biz dünən olduğu kimi bu gün də sülh danışıqlarını asanlaşdırmağa hazırıq. Türkiyə, bölgə sahibliyi məqsədi ilə coğrafiyasında problemlərin həllində öncüldür. Beynəlxalq sistem illərdir Suriya böhranını həll edə bilmir. Rəhbərlik etdiyimiz Türk Dövlətləri Təşkilatı ilə türk dövlətlərinin institusional səviyyədə bir araya gəlməsini təmin etdik”.
✅ “Bu, terrorla mübarizədə regional həmrəyliyi zəruri edən başqa bir məsələdir. Terrorla bağlı ortaq münasibətin olmadığını görürük. Türkiyə Yaxın Şərq və Afrikada terrorla mübarizədə fasiləsiz xidmət göstərir”.
Paylaş: