Xəbər lenti


 

Nikol Paşinyan bu gün Tavuş vilayətinə gözlənilməz səfər edib. Voskepar icması ilə görüş keçirib. Paşinyan tavuşlulara bildirib ki, 4 kənd dərhal Azərbaycana təhvil verilməlidir, əks halda müharibə olacaq. 

 

Ovqat.com-un məlumatına görə, “Ermənistan” blokundan olan deputat Garnik Danielyan öz Facebook səhifəsində bu barədə yazıb.

 

Deputat qeyd edib ki, Ermənistan Baş nazirinin tavuşlularla görüşündə müstəqi media nümayəndələri olmayıblar: “Paşinyan özü ilə apardığı kameranın köməyi ilə saxta təəssürat yaratmağa və ictimaiyyəti bir daha yanıltmağa çalışacaq. Görüş iştirakçılarından telefonlar və digər əşyalar götürülüb. Görüşün özü kifayət qədər gərgin bir atmosferdə keçib”.

 

Deputatın iddiasına inansaq, görüş iştirakçıları erməni baş nazirindən soruşublar ki, dövlətlərarası yol da mı Azərbaycana keçəcək, bütün bunların nəticəsində azərbaycanlılar harada yerləşəcəklər və bu, müharibə olmayacağına zəmanət verirmi?

 

Paşinyan cavab verib ki, heç nəyə zəmanət verə bilməz, yalnız ümid etmək olar ki, müharibə olmayacaq və o, bu yolların təhlükəsiz olmasına çalışacaq. “O, həmçinin bildirib ki, Azərbaycanın yanında Türkiyə də var və başqa yol yoxdur – güzəştə getmək lazımdır. Paşinyan konkret tarixləri açıqlamayıb, lakin bizim məlumatımıza görə, səfərin məqsədi hərəkətləri sürətləndirmək olub”, - deyə Danielyan bildirib.




Ana səhifəyə qayıt        Baxış: 5 407          Tarix: 18-03-2024, 20:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma