“Ukrayna Müdafiə Qüvvələri 23 mart 2024-cü il tarixində Rusiyanın Qara Dəniz Donanmasının Krımda yerləşən rabitə mərkəzindən başqa, “Yamal” və “Azov” desant gəmilərinə, və donanmanın Sevastopoldakı bir sıra infrastruktur obyektlərinə zərbələr endirilib”.
Ovqat.com-un məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinə məxsus StratCom agentliyi məlumat yayıb.
“Ukrayna Müdafiə Qüvvələri müvəqqəti işğal olunmuş Sevastopolda “Yamal” və “Azov” iri desant gəmilərini, rabitə mərkəzini, həmçinin Rusiya Qara dəniz donanmasının bir sıra infrastruktur obyektlərini uğurla vurub”, - deyə məlumatda bildirilir.
Xəbərdə vurulan gəmilər barədə məlumat verilərək qeyd olunur ki, “Yamal” böyük desant gəmisidir. O, 1988-ci ildə istismara verilib. Bu layihənin gəmiləri Rusiya amfibiya donanmasının əsasını təşkil edir. Təchiz olunmamış sahillərə amfibiya enişləri və dəniz yolu ilə qoşunların və yüklərin daşınması üçün nəzərdə tutulub.
Məlumatda həmçinin o da vurğulanır ki, 2014-cü ildə Krımının ruslar tərəfindən ələ keçirilməsi əməliyyatında “Yamal” gəmisi də iştirak edib.
"Azov" isə 1990-cı ildə donanmaya daxil olan Layihə 775M-in böyük desant gəmisidir. Rusiya Qara Dəniz Donanmasının 197-ci desant gəmiləri briqadasının bir hissəsidir.
Paylaş: