Xəbər lenti

 

Məşhur bir lətifə var. Qısa məğzi belədir: bir gün sovet polisi bir kolxozçunu tutub “Kapital”ın kimin yazmasını sorğulamağa başlayır. Zavallı kolxozçu sonunda “etiraf edir”: “Mən yazmışam”.

 

İsrailin İrana hava hücumundan sonra Tehrandan gələn xəbərlər bu lətifəni yada salır.

 

Ovqat.com-un məlumatına görə, İranın yüksək rütbəli rəsmisi “Reuters” xəbər agentliyinə verdiyi açıqlamada İsfahandakı hərbi hava bazasına hücumun “ölkə daxilindəki qüvvələr” tərəfindən həyata keçirildiyini “etiraf edib”.

 

Mənbə İran heç bir “xarici hücumun” olmadığını, PUA-ların ölkə daxilindəki insanlar tərəfindən idarə oluna biləcəyini və diqqətin “hücumdan daha çox infiltrasiya (sızma) üzərinə yönəldiyini” bildirib.

 

O, həmçinin vurğulayıb ki, İran sözügedən insidentlə bağlı hər hansı cavab tədbiri planlaşdırmır.

 

Bir sözlə, “Kapital”ı İran dini lideri Xamenei yazıb.




Ana səhifəyə qayıt        Baxış: 5 258          Tarix: 19-04-2024, 20:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma