Gürcüstanın baş naziri İrakli Kobaxidze dünən ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma və qurumun digər rəsmi şəxsləri ilə görüşüb.
Ovqat.com-un məlumatına görə, bunu Kobaxidzenin özü X paylaşımında bildirib.
Gürcüstan lideri tərəf müqabilləri ilə ikinci oxunuşda qəbul olunan “Xarici agentlər” barədə qanun layihəsini müzakirə edib. ATƏT nümayəndələrini maraqlandıran sualları cavablandıran Kobaxidze onların iradlarını qəbul etməyə hazır olduğunu diqqətə çatdırıb.
“ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma və digər rəhbər rəsmilərlə mənim çox işgüzar görüşüm oldu. Onlarla “Xarici təsirin şəffaflığı haqqında” qanundan danışdıq. Mən qanun layihəsinin məzmununu və kontekstini Məclis sədrinə izah etdim. Qanun layihəsi ilə bağlı bütün konkret hüquqi şərhləri diqqətlə dinləməyə və nəzərdən keçirməyə hazır olduğumu bildirdim. Bunun üçün qanunu nəzərdən keçirmək üçün müvafiq prosedurdan istifadə edə bilərik”, - Kobaxidze paylaşımında vurğulayıb.
Paylaş: