“Bu gün Paşinyan durmadan suverenlikdən danışır, amma qarantiya haradadır ki, bir ildən sonra Baş nazir “mənim səhvim o idi ki, deməmişəm ki, artıq Ermənistan yoxdur, Qərbi Azərbaycan var” deməyəcək?”.
Ovqat.com-un məlumatına görə, Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov yerli jurnalistlərlə söhbətində deyib.
Şarmazanov əmindir ki, “Paşinyan bunu da edə bilər”.
Mətbuat katibi onu da qeyd edib ki, Paşinyan son bəyanatında Azərbaycanın “ermənilərdən qisas alması” ilə bağlı fikirləri ilə rəsmi Bakıya erməni xalqına qurban kimi yanaşmaq və onları soyqırıma məruz qoymaq hüququ verir.
“Paşinyan bir daha göstərir ki, o, Azərbaycanın səfiri və ya Əliyevin vəkili funksiyasını öz üzərinə götürüb”, - Şarmazanov əlavə edib.
Ermənistanın üç keçmiş hakimiyyətindən heç birinin Türkiyə ilə münasibətlərin normallaşmasının əleyhinə olmadığını deyən partiya funksioneri qeyd edib ki, buna baxmayaraq, hər üç keçmiş prezidentin Ermənistanın dövlət maraqlarımızla bağlı qırmızı xətləri var idi: “Paşinyan isə Ermənistanın maraqlarını qurban verir”.
O xatırladıb ki, Türkiyə vaxtilə Kəlbəcərin işğalına cavab olaraq sərhədi bağlamışdı. İndi isə Azərbaycan bütün Qarabağı və Ermənistanın ərazilərini işğal edib, lakin Türkiyə sərhədi açmır: “Ərdoğan deyir ki, Ermənistan Azərbaycanın bütün şərtlərini yerinə yetirdikdən sonra bu məsələ müzakirə olunacaq. Paşinyan da bunu ilkin şərtsiz danışıqlar adlandırır”.
Paylaş: