Xəbər lenti

İşğalçı Ermənistan öz ordusunu komplektləşdirə bilməməsi səbəbindən ölkədən qaçan, həmçinin yad torpağında ölmək istəməyən gəncləri, onların valideynlərini həvəsləndirmək üçün yeni vasitəyə əl atıb. Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, bununla bağlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsun Ovannisyan şəxsi Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, döyüş hissələrində xidmət keçmək istəyən, döyüş vəzifələrini yerinə yetirmək həvəsində olan hərbi çağırışçılar yeni sistemdə xidmət edəcəklər ki, bu da “təcili-müqavilə” adlandırılır. Ovannisyan müharibə zonasına öz istəyi ilə gedənlərə tətbiq ediləcək güzəştlərdən bəhs edərkən qeyd edib ki, xidmətin altıncı ayından etibarən hərbi qulluqçu aylıq 1+1+2 sistemində xidmətdə olacaq. Yəni bir həftə tətildə, bir digər həftə döyüş növbəsinə hazırlıqda, daha iki həftə isə ön xətdə. Beləliklə, hərbi qulluqçu 7 aylıq xidməti dövründə 31 gün evdə, 24 gün isə hərbi hissədə, yaxud ön xətdəki mövqedə olacaq. Ermənistan hakimiyyəti gəncləri daha da şirnikləndirmək üçün hərbçilərə “muzd” da təklif edib. Belə ki, hərbi xidmətdən azad edilən hərbi qulluqçu xidməti müqabilində 5 milyon dram (10 min ABŞ dollarına yaxın) vəsait əldə edə biləcək. Ancaq bu vəsaitin nağd yox ödənilməyəcəyi, onların şəxsi hesablarına köçürüləcəyi iddia olunub.
Bildirilir ki, bu qədər vəsaitlə erməni hərbçi ipoteka ilə münasib ev ala, mini-ferma yarada (kəndlərdəki çağırışçılar üçün) bilər. Nazirlik rəsmisi deyib ki, bu, hazırkı hərbi çağırışla bağlı mövcud olan varianta alternativ proqramdır və yaxın vaxtlarda ictimai müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, aprel döyüşlərindən sonra Ermənistan ordusunda kəskin əsgər çatışmazlığının olduğu ortaya çıxmışdı və bundan sonra hətta qadınların orduya cəlbi istiqamətində geniş kampaniya başlamışdı. Azərbaycan torpaqlarında ölmək istəməyən erməniləri ələ almaq üçün hakimiyyət indi də “muzdlu döyüşçü” variantını ölkə vətəndaşlarına şamil etmək istəyir.(musavat.com)



Ana səhifəyə qayıt        Baxış: 1 099          Tarix: 20-04-2017, 18:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma