Xəbər lenti

 

“Rusiya Krımı hər Avropa ölkəsinin sahib olmadığı silahlarla doldurur”.

Ovqat.com xəbər verir ki, Ukrayna Baş nazirinin müavini İvanna Klimpuş sosial media səhifəsində yazdığı statusunda bunu iddia edib.

Moskvanın dünyanın bir çox bölgələrində stabilliyi pozmaqla təhlükə və qorxu yaratdığını qeyd edən Urayna rəsmisi Krımda yerləşdirilən silahın siyahısını da açıqlayıb: “113 döyüş təyyarəsi, 30 tank, 56 çoxlüləli roketatar, 16 sahil müdafiə raket sistemi, 106 artilleriya sistemi, 120 havadan müdafiə sistemi, 583 zirehli döyüş maşını, 58 döyüş vertolyotu, 30 döyüş gəmisi, 5 dənizaltı”.

Yarımada üzərində, həmçinin, 22 min 900 rus əsgərinin xidmət etdiyi bildirilir.




Ana səhifəyə qayıt        Baxış: 1 129          Tarix: 30-08-2017, 16:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma