Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
Türkiyənin növbəti prezident seçkisində Rəcəb Tayib Ərdoğanın qarşısında sürpiz namizəd çıxa bilər. Bu, böyük ehtimalla Abdullah Gül olacaq.
Ovqat.com xəbər verir ki, iddianı qardaş ölkənin iqtidaryönümlü mətbu orqanlarından olan “Türkiyə” qəzetinin yazarı Batuhan Yaşar irəli sürüb.
Abdullah Gülün sürprizi barədə məlumatı ona adını çəkmədiyi AKP-in önəmli yetkillərindən biri ötürüb. Həmin yetkiliylə dialoqunu da “Abdullah Gül “Hayır”cıların adayı mı?” sərlövhəli yazısına daşıyan yazar bildirir:
“Gəlin, tam da bu nöqtədə AK Partiyadan önəmli bir isə qulaq asaq:
- “"48.6 % səslə çox cəsarətləndilər. Onlar Ekmələddin İhsanoğlu ilə deyil, cəmiyyəti daha çox əhatə edən bir namizədlə seçkini qazanma ehtimalını yüksək görürlər. "
-Yaxşı, bəs niyə AK Partiyadan gəlmə birisini düşünüblər?
- "Geniş kütlələrə bu şəkildə çata bilərlər. Böyük ehtimalla, Abdullah Gülü Tayyib bəyin qarşısına çıxardacaqlar. "
-Abdullah Gül CHP-ninmi namizədi olacaq?
- "Xeyr. Hər hansı bir siyasi partiyanın namizədi kimi deyil, 100 min imzayla 'xalqın tələbi” kimi göstərəcəklər. Bu şəkildə Gülü ikinci tura daşımağı düşünürlər"”.
Qısası, Abdullah Gülün “xeyr”çilərin səfinə keçdiyini iddia edən Batuhan Yaşar bu fikrini bir neçə arqumentlə əsaslandırır. Başlıca dəlil kimi irəli sürülən fakt Abdullah Gülün 2 aprel tarixində keçiriləm “Əvət!” mitinqinə qatılmamasıdır.
Digər dəlil isə eks-prezidentin oğlunun referendum günü aeroprtda verdiyi səsdir. Bildirildiyinə görə, İngiltərədə magistraturada oxuyan oğul Gül ali məktəbə getmək üçün gəldiyi hava limanında səs verib. Həmin gün aeroportda səs verən cəmi iki nəfər imiş. Maraqlıdır ki, səslər sayılarkən aeropartdakı qutuda sayılan bülletenlərin ikisindən də “xeyr” tərcihi çıxıb. Bu isə oğul Gülün “xeyrə” səs verdiyini göstərir.
Yazarın bir başqa arqumenti referendumdan dərhal sonra Abdullah Gülün CHP-nin ən nüfuzlu adamlı Dəniz Baykalla görüşməsidir. Görüşün detalları tam açıqlanmasa da, onların bundan sonra aparacaqları mübarizənin yollarını müzakirə etdikləri ehtimal olunur.
Heydər Oğuz
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar