Xəbər lenti

 

ADR Hərəkatının sədri Qubad İbadoğlu yeni virtual pul vahidi olan Bitkoinlərlə bağlı fikirlərini facebook dostlarıyla bölüşüb.

Aktuallığını nəzərə alıb iqtisadçı ekspertin sözügedən statusunu Ovqat.com oxucularına təqdim edirik:

  “Rəqəmsal valyutalar arasında getdikcə daha məşhurlaşan Bitkoinlərlə bağlı son zamanlar yaranan marağı nəzərə alaraq bununla əlaqədar fikirlərimi qısa şəkildə bölüşürəm.

Əvvəla, qeyd edim ki, 2009-cu ildə 1 ABŞ sent nominal dəyəri ilə tədavülə çıxan Bitkoin 1 ay sonra 1 dollara, 2 il sonra 10 dollara, hazırda isə 16,5 min dollara satılmağa və tədiyyə vasitəsi kimi hesablaşmalarda istifadə olunmağa başladı. Son dəyərləndirmələrə görə, ümumi bazar dəyəri 329 milyard dollar təşkil edən Birkoinin taleyi çox adamı düşündürməyə və narahat etməyə başlayıb.

Fikrimcə, bu valyutanın dəyəri virtual bazarda əsasən spekulyativ tələb və təklifə bağlı olduğundan onun real bazar dəyəri formalaşmasınadək ziqzaqvari dəyişiklər gözləniləndir. Amma, Birkoinin bazar dəyərinin belə sürətlə davamlı artması mümkün deyil. Bitkoinin taleyi bazar payı yüksək olan şirkətlərin bu valyuta ilə hesablaşmalara keçidindən, onu aparıcı ölkələrin Mərkəzi Banklarının tanımasından və tədavülə buraxmasından asılı olacaq. Odur ki, Bitkoinə sərmayə qoyanlar indiki şərtlərlə qumar oynamaq qədər riskə gedirlər. Çünki, hələ özünü valyuta bazarında tam təsdiq etməyən, hesablaşmalar üçün yüksək komission haqları və tələb olunan əlavə vaxta görə klassik valyuta vahidlərindən geri qalan Bitkoinlə böyük pullarla "oynamaq" təhlükəlidir”.




Ana səhifəyə qayıt        Baxış: 1 090          Tarix: 20-12-2017, 09:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma