“Ərəb baharı” başlayandan bəri Yaxın Şərq Qərb imperializminin bölgələrdəki müxtəlif dona bürünən uzantıları tərəfindən əsl cəhənnəmə, vəhşi təcrübələrin sınandığı labaratoriyaya çevrilib. Bu vəhşətin ən çox sərgiləndiyi məkan isə İraq və Suriyadır.
Bir müddət əvvələ qədər İŞİD yırtıcılarının oylağına çevrilən bu iki dövlət indi də PKK/PYD terrorçularının at oynatdığı meydana çevrilib. Hər gün müxtəlif ad dəyişən vəhşətin əsas hədəfində isə məsum uşaqlar dayanır. Bəzən bu uşaqlardan canlı bombalar kimi istifadə edilir, bəzən onlar şəhvət alətinə çevrilir, bəzən isə göz yaşlarına baxılmadan öldürülürlər.
PYD terrorçuları da İŞİD kimi insanlığa sığmayan bu əməllərini törətməklə qalmır, həm də böyük qəhrəmanlıq nümunəsi kimi videolaşdırıb tarixin yaddaşına salırlar. Aşağıda seyr edəcəyiniz video-görüntü də yeniyetməlik çağına yenicə qədəm qoymuş bir azyaşlının pulemyot atışlarıyla biçilməsini əks etdirir.
Paylaş: