Xəbər lenti

ABŞ təşkilatından Türkiyə üçün QORXUNC HESABAT

Suriya və İraq ərazilərinin İŞİD terror təşkilatından azad olunmasından sonra diqqətlər təşkilatın xarici döyüşçülərinə yönəlib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da yerləşən Soufan Mərkəzinin dərc etdiyi hesabata görə, terrorçular Avropa başda olmaqla, dünyanın 146 ölkəsinə dönməyə başlayıb.

Bu ölkələr İraq və Suriyanı son iki ildə tərk edən 5400 terrorçunun potensial hədəfinə çevrilib. Döyüşlərdə iştirak edən İŞİD terrorçuları kamikadze və bıçaqlı hücumların təşkili baxımından çox təhlükəli hesab olunur.

Suriya və İraqa ən çox xarici döyüşçü göndərən ölkələrin siyahısına 3 min 417 nəfərlə Rusiya başçılıq edir. Rusiyanı Səudiyyə Ərəbistanı (3244), İordaniya (3000), Tunis (2926) və Fransa (1910) izləyir. İŞİD-ə xarici döyüşçü göndərən ölkələrin siyahısında ilk beşlikdə yer almamasına baxmayaraq, Türkiyə Suriya və İraqı tərk edən İŞİD döyüşçülərinin ən çox üz tutduğu ölkədir. Ümumilikdə, İŞİD-in 900 xarici döyüşçüsü Türkiyəyə daxil olub və terrorçuların əsas hədəflərindən biridir. Amma Türkiyə kəşfiyyatına görə, bu rəqəm İŞİD-in ağır məğlubiyyətlər aldığı iyul, avqust və sentyabr aylarında daha da artıb.

Qeyd edək ki, Suriya ordusu ötən həftə Əbu Kamal qəsəbəsinin ələ keçirilməsindən sonra İŞİD üzərində qələbəsini elan edib.

Əbu Kamal Fərat çayı sahilində, İraq sərhədində yerləşir. Bölgədə İŞİD-in əlində bəzi ərazilər qalsa da, Əbu Kamalın itirilməsi İŞİD-in 2014-ci ildə Suriya və İraq torpaqlarında elan etdiyi “xilafət”in sonu olaraq qəbul edilir.




Ana səhifəyə qayıt        Baxış: 650          Tarix: 14-11-2017, 16:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma