Xəbər lenti

  

Qadınlar Bayramında qadın şairimiz Adilə Nəzərə hədiyyə olaraq yaradıcılıq görüşü keçirilib.

 

03 mart 2018 – ci ildə Neftçala rayon mərkəzləşdirilmiş kitabxanada fillologiya üzrə fəlsəfə doktoru, Azərbaycan və İraq Yazıçılar Birliyinin üzvü, tanınmış şair Adilə Nəzərlə yaradıcılıq görüşü keçirildi. Bu görüşün tarixi məhz ona görə seçilmişdi ki, həm Adilə Nəzərə, həm də onun timsalında tədbirdə iştirak edən bütün qadınların QADINLAR BAYRAMInın təbriki olaraq qeyd edilsin.

 

Tədbirdə Neftçala, Salyan və digər ətraf rayonlardan qonaqlar iştirak etdi. Tədbirin təşkilatçılları - “Neftçala Qadınlarının Sosial İnkişafına Dəstək” İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə, rayonun seçilən ziyalılarından Ələkbər Zahidov, Xolqaraqaşlı kənd orta məktəbin direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Ruhəngiz Nəcəfova Adilə Nəzər yaradıclığından geniş bəhs edərək, növbəti çıxışlara yer verdilər.

Şairlərdən Fərhad Əzizbəyli, Ramiz Hüseynov, Fərqanə Mehdiyeva, Folologiya elmləri doktoru, yazar Nizami Muradoğlu, Azərbaycan Yazıçılar Birliyinin Muğan şöbəsinin rəhbəri Nəbi İbrahimov, “Xəzər nəğmələri”  Əbədi Birliyinin sədri, şair Zabil Pərviz, nəğməkar şair Zərxanım Ülvi Adilə Nəzərin poeziyasında təkrarçılığın, təqlidçiliyin olmamasını diqqətə çəkərək, müasir Azərbaycan poeziyasına yeni qadın nəfəsinin məhz Adilə Nəzər şeirləri ilə gəldiyini vurğuladılar.  

 

Aralıqlarda Adilə xanımla sual-cavaba və şairin öz şeirlərini oxuması üçün geniş yer verildi.

Tanınmış qiraət ustası Fərman Hüseynov Adilə Nəzərin şeirlərindən nümunələri əzbərdən səsləndirdi və ona uğurlar arzuladı.

Görüşdə rayon məktəbinin bir neçə müəllimi və yuxarı sinif şagirdləri iştirak etmiş, onlar şairdən imzalı kitabını almışlar.

Kitabxananın müdiri Gülnarə Qasımova öz əməkdaşları adından Adilə xanıma və gələn qonaqlara təşəkkür etdi.

Görüşün gedişi videolentə alındı və xatirə şəkilləri çəkildi.

 

  

Bərdiyyə Həsənqızı

Neftçala rayon mərkəzləşdirilmiş kitabxananın işçisi




Ana səhifəyə qayıt        Baxış: 1 575          Tarix: 8-03-2018, 23:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma