Xəbər lenti

 

Rahim Namazov (Rahim Şəkinski ləqəbli) kriminal aləmdə Lotu Quli kimi tanınan Nadir Səlifovu “Youtube”da təhqir etmişdi.

"Rəhim Şəkinski”nin təhqir etdiyi şəxslərin yaxınları tərəfindən cəzalandırıldığı ehtimal olunur. (azvision)

****

Məlumata görə, güllələnən Rahim Namazovun vəziyyəti ağırdır, arvadı isə xəstəxanada ölüb.

*** 13:12

Fransada yaşayan iki azərbaycanlı güllələnib.

“Report”un Fransa mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Tuluza şəhərinin yaxınlığındakı Colomie şəhərində qeydə alınıb.

Qeyd olunub ki, “Audi” markalı avtomobildən düşən şəxs digər avtomobildə olan Rahim Namazov və həyat yoldaşına 7 güllə vurub və hadisə yerindən qaçıb.

Hər iki yaralının vəziyyətinin ağır olduğu bildirilir. Hadisə ilə bağlı yerli prokurorluq orqanı araşdırma aparır.

Qeyd edək ki, R.Namazov Azərbaycanda məhkumluq həyatı yaşayıb, o cümlədən bir dəfə dələduzluğa görə 1 il icbari həbs cəzası alıb. Onun Azərbaycanda müxtəlif şəxslərdən pul alaraq onları aldatdığı da bildirilir.




Ana səhifəyə qayıt        Baxış: 1 084          Tarix: 30-03-2018, 14:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma