1997-ci illərdən etibarən Azərbaycan Respublikasının Rusiya Federasiyasının Orenburq vilayəti üzrə diaspor təşkilatına rəhbərlik edən Məmmədov Ələddin Hüseyn oğlu vəfat edib.
Bu haqda Hurriyyet.org-a mərhumun yaxınları tərəfindən məlumat verilib.
Bildirilir ki, Ə.Məmmədov ürək tutması nəticəsində həyatını itirib.
Əldə etdiyimiz məlumata görə, Ələddin Məmmədov təkcə Orenburq vilayətində deyil, ümumiyyətlə Rusiyada yaşayan soydaşlarımız arasında böyük nüfuza malik şəxs olub. O, soydaşlarımızın hüquqlarının qorunması sahəsində uzun illərdir ardıcıl və prinsipial mübarizə aparıb. Həmçinin, azərbaycanlıların Rusiyda təşkilatlanmasında və çoxsaylı tədbirlərin təşkilində də onun çox böyük xidmətləri olub.
Qeyd edək ki, diaspor rəhbəri bu gün Azərbaycana gətirilərək, Bakı şəhərində dəfn olunub.
Diaspor rəhbərinin vəfatı ilə əlaqədar yaxınlarına və dostlarına başsağlığı verir, Allahdan mərhuma rəhmət diləyirik!
Hurriyyet.org
Paylaş: