Xəbər lenti

 

Azərbaycanda birgə nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi proseduru müəyyənləşib. 

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb. 

Beləliklə, bundan sonra birgə nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi haqqında müqavilənin ləğvi və ya dəyişdirilməsi zamanı notarius ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq edilmiş razılığını alacaq. Əmlakın üzərinə məhkəmə tərəfindən həbs qoyulduqda, müqavilənin ləğv edilməsinə dair müqavilə yalnız onun götürülməsindən sonra bağlanıla bilər. Müqavilənin ləğv edilməsinə dair müqavilə istənilən notariat kontorunda müqavilə tərəflərinin iştirakı ilə təsdiq edilə bilər.

Bu halda həmin məlumat dərhal “Elektron notariat” informasiya sisteminə daxil edilməli, daşınmaz əmlaka münasibətdə isə həmçinin, daşınmaz əmlakın dövlət reyestri orqanına ötürülməlidir. Eyni zamanda, bu barədə yazılı məlumat notarius tərəfindən ləğv edilən notariat hərəkətini aparmış notariat kontoruna və ya notariat işinin saxlanıldığı Dövlət notariat arxivinə verilməlidir. Həmin məlumat əsasında digər notariat kontorunda və ya Dövlət notariat arxivində müqavilənin saxlanılan nüsxəsində və notariat hərəkətlərinin qeyd edildiyi reyestrdə müvafiq qeydiyyat aparılır.

Əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilə ləğv edilərkən, əgər bu müqavilə müvafiq orqanda hələ qeydə alınmamışdırsa, daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış və ərin (arvadın) razılığı tələb edilmir.

Təlimata əsasən, nidiyə qədər nikah müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, nikahın qeydə alınmasından sonra əldə edilən və ər-arvadın ümumi (birgə) mülkiyyət olan əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər o zaman təsdiq oluna bilərdi ki, əmlakın özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına ər-arvadın digərinin harada daimi qeydiyyatda olmasından asılı olmayaraq yazılı razılığı olsun.

Dəyişikliyə əsasən, bundan sonra nikah müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, nikahın qeydə alınmasından sonra əldə edilən və ər-arvadın ümumi (birgə) mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsi və ya ipoteka qoyulması haqqında müqavilələr o zaman təsdiq oluna bilər ki, əmlaka sərəncam verilməsi barədə ər-arvadın digərinin yaşayış yeri üzrə harada qeydiyyatda olmasından asılı olmayaraq məhz notariat qaydasında təsdiq edilmiş razılığı olsun.




Ana səhifəyə qayıt        Baxış: 597          Tarix: 15-06-2018, 13:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma