Xəbər lenti

 

“APA informasiya agentliyinin bağlanmasından 5 gün ötür. Bu internet saytının fəaliyyətinin dayandırılması yalnız yeni informasiya mənbələrinə deyil, həm də axtarış sistemində olan baza məlumatlarına çıxışın məhdudlaşdırılması deməkdir”.

Ovqat.com xəbər verir ki  ADR Hərəkatı sədri Qubad İBadoğlu bu gün özünün facebook statusunda belə yazıb. O qeyd edib ki, xüsusilə də tədqiqatçılar üçün əhəmiyyət kəsb edən axtarış sistemində APA mənşəli məlumat bazasına çıxışın  qapadılması informasiya əldə etmək hüququnun kobud pozuntusudur.

APA-nın sonrakı taleyindən asılı olmayaraq, baş verənlərə münasibətdə aşağıdakı məqamlara diqqəti  5 əsas məqəma çəkən hərəkat lideri amilləri belə sadaladı:

“ 1. Hakimiyyət göründüyü qədər arxayın və stabil deyil, narahat və çaşqındır. O özünü sığortalamaq üçün nəinki fərdi münasibətlər, hətta mövqe baxımından ona yaxın olan istənilən qüvvəni də siyasi məqsədlər üçün qurban etməyə hazırdır.

  1. Azərbaycanda fəaliyyət göstərən və hara bağlı olmasına baxmayaraq heç bir mətbu orqan belə cəzadan qurtulmayıb, əskinə siyasi hakimiyyətdən və onun oliqarxlarının asılı olanların istənilən vaxt sorğu-sualsız qapadılma riski daha böyükdür.Odur ki, APA sonuncu olmayacaq.
  2. Hakimiyyətdəki qruplar arasında media üzərində nəzarət uğrunda mübarizə daha da şiddətlənir və sərt fazasına qədəm qoyur. Əgər APA açılmazsa bu o deməkdir ki, söyüş mediası və çoxpilləli senzura altında fəaliyyət göstərən televiziya kanalları daha önə çıxa bilər. Odur ki, APA-nı müdafiə etməliyik.
  3. Bu hakimiyyət ermənilərə ünvanlanan sərt mesajlardan da ehtiyatlanır, əslində problem mahiyyət etibarı ilə çox da fərqlənməyən fikrin ifadəsində deyil, onun ünvanındadır.
  4. Bu hakimiyyət iş yerli yaratmaqdan çox onu bağlamaqla məşğuldur. İş yerlərinin itirilməsinin hətta onun üçün statistik əhəmiyyəti də yoxdur”.



Ana səhifəyə qayıt        Baxış: 547          Tarix: 6-08-2018, 15:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma