1. Aslan İsmayılov videoçıxışı zamanı məhkəmədə ittihamla bağlı çıxışının itməsi üzərindən nağıl danışaraq keçdi. Konkret və birmənalı cavab vermədi. Bir daha əminəm ki, çıxışın itməsində bu adamın əli var. Bununla bağlı cinayət işi açılmalı olduğuna inanıram.
2. İstintaqın yarımçıq aparılmasına görə prokurorun məsuliyyət daşıması haqda ittihamı qəbul etdi. Amma iddia edir ki, istintaq materiallarını o yox, Qalkin məhkəməyə təqdim edib. Doğrudur, istintaq qrupunun rəhbəri Qalkin olub. O yalnız istintaq qrupunun rəhbəri olub. Amma axı məhkəmədə ittihamı Aslan İsmayılov müdafiə edib. Prokuror hələ işə çıxmadan istintaq qrupuna irad tutub işi geri qaytara bilərdimi? Əlbəttə, bilərdi! Ay, Krasnodar universitetinin ÜZQARASI Aslan İsmayılov! Prokuror axı istintaqa nəzarət etmə səlahiyətinə malikdir. Qalkinlə razı deyildinizsə, məhkəmədə onun gəldiyi nəticələri necə müdafiə edirdiniz? Amma siz karyera üçün işi müdafiə edib, qəhrəmanlığı Mənsur İbayevə buraxdınız. O da bu qəhrəmanlığı etdi. İşi geri qaytarıb, KGB-ni də MK-nı da, istintaq qrupunu da, sizi də prokuror kimi ifşa etdi. Sizdən qorxmadı. İndi onun qəhrəmanlığını öz adınıza, öz anti-milli fəaliyyətininzi isə on un adına yazırsınız. Sizdə bir azaçıq da olsa abır-həya var?
3. Məhkəmədəki çıxışınızı kim oğurlayıb? Çıxış haradadır?
4. Aslan İsmayılovun faktları təhrif etməsi haqda daha bir ağ yalan onun əsl mahiyyətini göstərir. Deyir ki, Sumqayıt haqda çəkilmiş 3 hissəli sənədli filmdə Mənsur İbayevlə Baş nazirin müavini, o zaman Sumqayıt icraiyyə komitəsinin sədr müavini olmuş Əli Həsənova isə hərəsinə yarım saat vaxt verilib. Tənbəllik etməyib baxdım. Ağ yalandır. Filmin iki hissəsi internetdə var. 1-ci hissəni kimsə hücumla və ya şikayətlə pozdurub!?.. Mənim baxdığım həmin iki hissədə ümumiyyətlə bütün çıxışlar qısa-qısa verilib. Mənsur İbayev isə cəmi 2 yerdə toplam (42+41) 83 saniyə danışıb. Əli Həsənovun 4 yerdə çıxışı isə toplam 2 dəqiqə 03 saniyədir. Yarım saat hara, 2 dəqiqə hara. Deməli, bu adam faktları hətta 15 dəfə şişirtməyə belə qadirdir. Aslan İsmayılovun təkcə 2-ci hissədəki 2 yerdə çıxışı toplam 1 dəqiqə 02 saniyədir. Yəqin ki, onun çıxışları 1-ci hissədə də var. Amma deyir ki, ona bir neçə saniyə yer verilib. (Burada da faktı 6-7 dəfə kiçildib). Bu faktlar göstərir ki, film çəkilərkən qərəzə yol verilməyib. Hətta A.İsmayılova, onun kitabından sitatlara bütövlükdə daha çox yer verilib, nə qədər anti-milli mövqedə olsa belə, yenə də prokuror kimi işə çıxmış adamın memuarlarından istifadə olunub. Onda A.İsmayılovun filmə belə qərəzli münasibətinin səbəbi nədir?
5. Qəribədir ki, filmin www.sumqait1988.com saytında yerləşdirilmiş variantının 1-ci hissəsi kiminsə şikayəti əsasında silinib. Görəsən bu film kimin xoşuna gəlməyib ki, onu şikayət edib pozdurublar?
6. Aslan İsmayılov deyir ki, onun Sumqayıt hadisələri haqda fikri odur ki: “Bu işi ermənilər təşkil edib və Azərbaycana qarşı təxribat olub”. Guya başqaları və həm də hakimiyyət orqanları başqa fikirdədirlər. Aslan İsmayılov siz məhkəmədə Qalkinin hazırladıqlarını müdafiə edəndə, yəni erməni təşkilatçılarını ört-basdır edəndə, 1989-cu ildə Mənsur İbayev “işdə qaranlıq tərəflər var, təşkilatçılar tapılmayıb, istintaq sona çatdırılmayıb, iş ibtidai istintaqa qaytarılsın” kimi qərar çıxararaq əvəvlini Qalkinin hazırladığı, 1989-cu ilin aprelindən sonra sizin müdafiə etdiyiniz cinayət işini sifətinizə çırpıb geri qaytarıb. Amma indi siz onu xəyanətkar, özünüzü qəhrəman elan edirsiniz. Tez-tez təkrar etdiyiniz sözün sizə daha çox aidiyyatı var: Heç olmasa bir azacıq abrınız olsun? Mənsur bayevin 1989-cu ildə çıxardığı qərarı 2010-cu ildə öz adınıza çıxmaq nə deməkdir? Riyakarlıq və saxtakarlıq deyil?
7. Nəhayət, bütün demoqoqlara xas olan bir məqam, daha doğrusu danışıq metodu bu adamın son çıxışında da özünü göstərdi. Bu da mövzunu yayındırmaq, başqa dəxli olmayan adamları söhbətə qatmaqla məsələni siyasiləşdirmək. Guya bu adam haqsızlıqlara qarşı mübariz olduğu üçün bundan Sumqayıt prosesndə anti-milli mövqe tutmasına görə cavab tələb edirlər.
8. Bu adamın riyakarlığını göstərən daha fakt: çıxışı zamanı deyir ki, Sumqayıt işini Mənsur İbayevə və sizə şöhrət ordeni verib boynunuzdan asanlar batırmağa çalışır. Aydındır ki, bu ölkədə orden və medalları prezident İlham Əliyev təltif edir. Belə çıxır ki, prezidenti ittiham edir. Amma çıxışın sonunda deyir ki, prezident səmimi olaraq problemləri həll etməyə çalışır. Bu riyakarlıq deyil, bəs nədir? Yəni həm böhtan atır, həm də yaltaqlanır. Necə ki, tez-tez Heydər Əiyevi MM-də müdafiə etməsini xatırlayaraq yaltaqlanmağı, hüquqla yaranmış problemlərini siyasi yaltaqlıqla həll etməyə cəhd edir.
9. Mənim yazımda bir məqam da vardı: Allahverdinin Aslana çevrilməsi haqda. Gah Allahverdi, gah da Aslan olan artıq bu dəyişmə “qabiliyyət”inə görə AA-Transformer ləqəbinə layiq olan “qorxaq cəsur” bu barədə susub.
Mürvət Həsənli
Paylaş: