Xəbər lenti

 

Aprel Şəhidi Pəncəlinin qardaşı ağır durumdadır.

Bu barədə Qrabağ Azadlıq Təşkilatı sədrinin müavini İlqar Əli özünün feysbuk səhifəsində yazaraq ictimaətə müraciət edib.

İlqar Əlinin müraciətini olduğu kimi təqdim edirik:

DİQQƏT!

Aprel Şəhidi Pəncəlinin qardaşı ağır durumdadır - Ailənin maddi dəstəyə ehtiyacı var!
Aprel döyüşlərdə qəhrəmanlıqla şəhid olan Pəncəli Teymurovun anası Vahimə Ağayeva fəryad edir. 

Şəhid anası böyük oğlunun qışa tədarük üçün odun yığmaq arzusu faciə ilə nəticələndini deyir. Belə ki, Meşə İdarəsindən ailəsinə yaxın və insan həyatı üçün təhlükə olmayan ərazidən odun ayırılmasını xahiş edib. Lakin aidiyyatı şəxslər onların müraicətinə baxmayıb və odun əldə etmək üçün onlara təhlükəli ərazi ayırtdırıb. Nəticədə bir neçə gün öncə şəhidin qardaşları və atası həmin əraziyə gediblər. Odun kəsərkən böyük qardaşının ayağı ağır şəkildə yaralanıb. Onlar xəstəni Lənkəran Dövlət Xəstəxanasına aparıblar. Xəstəxanadan vəziyyətin ağır olduğunu və xəsətni təcili Bakıya parmaq lazım olduğunu bildiriblər. Lakin bunun üçün ailə ambulans maşını istəsələr də onlara maşınlarının olmadığını deyiblər. Daha sonra ailə Astara Dövlət xəstəxanasına üz tutublar. Xəstəxananın baş həkimi ailəyə hərtərəfli dəstək olaraq yaralını anbulansla Bakıya göndərib. Bakıda yerləşən Travmatalogiyada şəhidin qardaşının ayağını sarğı etmək üçün 2000 manat pul istəyiblər. Ailə borc xər edərək o puıu xəstəxanaya ödəyib. Sonra həkimlər xəstənin ayağının amputasiya ediləcəyini bildiriblər. Şəhidin ailəsi buna razı olmayıb övladlarını İranın Təbriz şəhərinə. Ananın sözlərinə görə, Təbrizdən onlara xəstəni öhdələrinə götürərək amputasiya edilmədən sağalacağı ehtimalının yüksək olduğunu deyilib.

Şəhidin anası hazırda maddi durumlarının övladının müalicə üçün maddi imkanı olmadığını və bunun üçün dövlətdən kömək istəyir. Ana deyir ki. Mənim övladım 17 il şücaətlə vətənə xidmət edib. Onun xidmətləri haqqında bilməyən yoxdur. O vətən üçün döyüşüb canını qoyub, indi onun qardaşına kömək lazımdır. Bizə təcili yardım edilsin. Əks halda ikinci övladımın əlil qalmasına ürəyim dözməz. Pəncəlinin atası da xəstədir. Biz ikinci dəfə övlad acısına dözə bilmərik. Məmurların şəhid ailəsinə qarşı etdiyi bu cür biganəlik, özbaşnalıq cəngavər oğlumu yarıcan etmək üzrədir. Xahiş edirəm hər kəsdən, səsimə səs versinlər!\\Sozcu.az




Ana səhifəyə qayıt        Baxış: 920          Tarix: 24-09-2018, 20:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma