Əlizadə Nəhmədağaoğlu
Bir türk atalar sözündə “Aslan yatdığı yerdən bəlli olur” deyilir. Bir halda ki biz də şərqliyik, azərbaycanlıyıq və ən mühümü müsəlmanıq, aslanın alicənablığından nümunə götürək. Nədənsə, “Azərbaycan” kəlməsi ilə başlayan istənilən sualı cavablandırmaq istəyəndə Mirzə Cəlilin məşhur “Azərbaycan” məqaləsini dönə-dönə oxuyuram: “Vətəni sevmək təbii bir şey... Vətən də ibarətdir vətəndaşlardan”. Bütün hallarda mövcud ictimai-siyasi, psixoloji duruma nəzər yetirməklə ona insan və vətəndaş müstəvisində yanaşmaq lazımdır.
İnsanın mövcud ictimai-siyasi vəziyyəti onun malik olduğu azadlıqla müəyyən olunur. Klassik ədəbiyyatda insan bir şəxsiyyət olduğunu, onun ruh aləminin təsəvvürünü Sekspir və Dosteyevski öz əsərlərində insan faciəsini, insanın şəxsiyyətini diqqətə almayan insan həqiqi bir şəxsiyyət olduğu halda, onu sadəcə kütlə üzvü görmək istəyən bir sistemin qaranlıq istiqamətinə hərəkət etdiyini göstərmişdi.
Gənclik illərində televiziyada dəhşətli bir süjet görmüşdüm, mənasını çox-çox sonralar anladım; bir kolumbiyalı rəssam sağ əlinin barmaqlarını kəsib öz qanı ilə divara ehtirazlarını yazmışdı. İndi bu hadisənin üzərindən nə qədər cox vaxt kecsə, bu protest qarşısında bir o qədər də çox baş əyirəm. Bu sferada fəaliyyət göstərmək bir yana hətta düşünmək azadlıqdan belə, mərhum olduğum bir cəmiyyətdə yaşamaq çox ağırdır. Vətən, millət, namus adlı dayanacaqları olmayan bir qatarda yol getmək məcburiyyətindəyik. O qatarda ölüm intihara bərabərdir. Hər iki halda vətəndaşı yox olmaq təhlükəsi gözləyir. Ölkəmizin psixoloji durumuna nəzər salsaq görərik ki, intihar hallarının statistikası cəmiyyətin iflic vəziyyətdə olmasının, fəlakətinin göstəricisidir. Mən bir yazı-pozu adamı kimi iki intihar növü bilirəm. Biri ölümə qalib gəlib ölümü öldürmək, bir də ölümə təslim olmaq, cəmiyyətdən canını qurtarmaq yoludur. Və bu yol millətin taleyini şərtləndirən qorxulu yoldur. Gün kimi aydındır ki, insanların depressiyaya düşməyi ictimai-siyasi vəziyyətdən daha çox, psixoloji amildir. Analitiklərin tədqiqatına görə, bütün dünyada depresiya halları çoxalıb. Yaşadığımız mühitdə hakim zümrənin biganəliyindən yaranan məsuliyyətsizlik insanlara inamsızlıq aşılayır. Doğrudur, məsuliyyət hissi bütün canlılar arasında sadəcə insana məxsusdur və insan bu hissi öz daxili aləminin zənginliyinə görə mənimsəyir, dərk edir. Kiminsə məsuliyyət hissininin aşağı və ya heç olmaması onun daxili aləminin göstərcisidir. Bu cür insanların məsulliyyətdən uzaq dayanmasının əsas səbəbi birmənalı olaraq elə budur. Və ən mühüm amillərdən başlıcası da dünyada baş verən qloballaşma ilə bağlıdır. Dünya hansı sürətlə qloballaşmaya doğru gedirsə, insan da elə həmin surətlə tənhalaşmağa doğru gedir. Ölkəmizin varlı-kasıb olmağından aslı olmayaraq divarların gündən-günə necə hündürləşdiyini görmüsənmi? Divarların hündürlüyü artdıqca insanların öz içlərinə nə cür çəkildiyi göz qabağındadır... İnsanın əzəl ictimai-siyasi və sosial vəziyyəti də bunun üstünə gələndə fəlakət olur.
Bəşər tarixinin bütün zamanlarında “iblis Allahla vuruşub, savaş meydanı isə insanların qəlbidir”. Bu savaşda insan kimin tərəfində duracaqsa, o, qalib gələcək. Allahın tərəfində durmaqdan gözəl şey yoxdur. Bu kontekstdə cəmiyyət müqaviməti sındırılmış bir vəziyyətdədir. Belə olmasaydı, son 100 ildə millət kimi formalaşmışıqsa, Xudayar bəy zoğal ağacını Məmmədhəsən əminin eşşəyinin pulu ilə dəyirmi möhürə nə cür cevirib? Zeynəb ondan nə cür qurtarıb? Hər gün bir biznesmenin yatağına nə cür düşüb? Və əgər biz millət kimi formalaşmısıqsa, niyə yenə elə Mirzə Cəlilin, Sabirin qəhrəmanları olmaqdan cıxmamışıq?
Bu yerdə, əstəğfürullah, deyən olsa ki, Allah Allah olmaq istəmir, onda bəndə də yoxdur, millət də!
Dəyərlər bəşəri olduğundan, onu Şərq-Qərb dəyərlərinə ayırmaq olmaz. Avropanı ideallaşdırıb, Şərqi aşağılamaq indi bir növ paltar kimi moda halına düşüb. Homoseksiallığı norkomaniyanı azadlıq kimi qələmə verib, qanun şəklinə salmaq dəyər deyil. Qanundan kənar izdivacı Valentinin adında bir keşişin adına məhəbbət abidəsi kimi ucaldan Avropanın bütün həyatını islam əleyinə mübarizə aparan Babəkə məscidlərin yanında heykəl qoyan Şərqdən heç bir fərqi yoxdur. Bir inəyə müqəddəs baxan hindlinin qayıdıb onu minməyinə oxşayır. Vyetnamda ölüsünü baxçasında basdıran vyetnamlı ilə ölməmişdən əvvəl özünə bahalı məzar qazdıran azərbaycanlının, ölüsünü yandırıb külünü “Qanqa”ya tökən hindli ilə ölüsünü qutuda dəfn eləyən fransızın son nəticədə ölüdən hansı yolla olur-olsun qurtarmaq istəyi durmurmu? Min illər boyunca dəyişən üsullar dəyişməyən nəticələrin reallığıdır. Hər xalq bu nəticəni istədiyi kimi romantikləşdirmək istəyir. Əsl mətləbdə ölüm danılmayan reallığın romantizmidir. Bir vaxtlar Avropaya vurğunluğu ilə seçilən Kertsen haqqında, səhv etmirəmsə, Dostoyevski deyirdi ki, o, Rafaelin Madonnasını tamaşa eləyəndə, musiqini dinləyəndə, Tolyaninin rəqslərini seyr eləyəndə bu ğözəlliklər üçün göz yaşı axıdırdı. Ancaq o Rusiya ilə nəfəs alırdı. Rusiya nə qədər çirkab içində olsa da, Avropa heyranlığı Dostoyevskini heç vaxt ovsunlamırdı. O deyirdi ki, Boradino vuruşması günündə vətənin müqəddaratı həll olunarkən bir rusun yunan mifologiyası ilə məşğul olması ayıbdır. Bu aspektdə təhqir olunmuş bir məmləkətin gənclərin Avropa sevgisi mənim üçün anlaşılan deyil. Bu kimi kriteriyalardan mayası yoğrulan gənclərin keçmişə etinatsızlığı bizi incitməyə bilməz. Bu kimi kriteriyalarla mayası yoğrulan kecmişə etinasızlığı bizi incitmıyə bilməz. Füzulini, Nəsimini, Nizamini, Sabiri, Şah İsmayılı nə cür sevməmək olar? Gənclərin bu hərəkətlərinin səbəbi, siyasi adamlardan imtina eləmək cəhdi - özlərini onlarla müqayisə eləyib təsdiq eləmək cəhdidir. Bu yol ucurumdur, kütləşmədir. Onların əvvəlki fikir və siyasət adamları onlar ücün nə qoyub gediblər? Bölünmüş bir vətən, mədhiyyə ilə dolu bir ədəbiyyat, yaltaqlıq, satqınlıq və daha nələr, nələr...
Azərbaycan ziyalısı susur. Mənə nə? Özü də dərindən susur. Azərbacan ziyalısının başını kəssələr də, susur. Hər kəs sözünü nəyəsə satıb öz sözü ilə alver edir. İnsanların içlərindəki həqiqəti ifadə edə, danışa bilmirlər. Hərə bir tikə çörəyin çatısını satıb böğazına. Necə danışsınlar? Danışanlara zəng edib deyəcəklər ki, biz sən bu qədər yaxşılıq eləmişik, bəs sənin dediyin nədir? Yaxud da heç bunu demədən başqa cür cəzalar tətbiq edəcəklər. Ölkədə bir çörək imtahanı var, insanlar çörəklə imtahana cəkilir. Əlbəttə, onları qınamaq da olar. Amma bir tərəfdən də başa düşürsən ki, bu insaları bu vəziyyətə salan mənliklərini öldürən, şəxsiyyətləri məhv edən sistemi qınamaq lazımdır. Cəmiyyət hər zaman stimullarla yaşayır. Əgər vicdanlı olmaq, şəxsiyyətlı olmaq, həqiqəti qorxmadan ifadə edib hörmətli olmaq, yaxşı yaşamaq stimullaşıbsa, onda insanları qınamaq bir qədər cətin olar. Bizim istəyimiz də elə budur.
Son illər ərzində ölkəmizin nələr itirdiyini sadalasaq, bu böyük siyahı meydana gələr. Amma itirilənlırin ən böyüyü mənəviyyət və əxlaqdır. Bir var; haqsızlığa etiraz etmək, müqavimət göstərmək insanın icindən, genindən gəlsin, bir də var; insanlar bir qədər zəif olur, onlar özləri ücün lider axtarırlar. Belələri kiminsə ətəyindən yapışsınlar. Həmin o ətək axtaran əllərin ətəyi kəsildi. Ona görə də onlar üzlərini başqa tərəfə çevirdilər. Siyasət, cəmiyyət və ziyalı standart siyasi analiz çərçivəsindən bir qədər kənara çıxsa da indi bu vacib məsələdir. Ən azı ona görə ki, bəlkə doğrudan da son sözü elə Mirzə Cəlil deyib? Cəmiyyəti, insanları və qaydaları dəyişmək istəyən Azərbaycan ziyalılarının son aqibəti elə “Ölülər”dəki İsgəndərin taleyidir?!
İçimizdəki iman evinin minarəsi kədərdən yoğrulsa da, gələcəyə ümidlə baxmaq lazımdır. Bizim güclə tab gətirdiyimiz zaman millətin taleyindən kecib gedəcək. Hər şeyə gücü catanların zamana gücü cata bilməz. Çünki Zaman Allahın ölçüsüdür. O böyük gün mütləq gələcək.
Paylaş: