Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətinin 4 qurumu - Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti, Bakı Şəhər Kino Xidməti İdarəsi, İqtisadiyyat Komiəsi və Bakı Şəhər Ekspertiza Mərkəzi dekabr ayının 17-si iş gününün sonunda ləğv edilib.
İşdən çıxarılanlar FaktXəbər-ə bildiriblər ki, bu günə qədər qurumların ləğvilə bağlı sərəncam onlara təqdim edilməyib. Qurumların bağlanması xəbəri işçilərə şifahi şəkildə elan edilib. Ləğv olunan qurumlarda 70 nəfər işçi çalışıb. Mühafizəçi polislərə həmin 70 nəfəri dünənədək çalışdıqları qurumların yerləşdiyi otaqlara buraxmamaq barədə göstəriş verilib.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, ləğv edilən qurumlar haqda iki günə məlumat veriləcək. Xəbər özünü çox gözlətməyib. Yeni xəbər işçilərdə daha bir şok yaradıb. İş yerlərindən uzaqlaşdırılan işçilər daha bir qanunsuzluqla üzləşib Eldar Əzizovun göstərişinə əsasən, ayın 17-si işdən çıxarılan işçilərin əmri dekabrın 10-dan verilir.
Mənbənin bildirdiyinə görə, işçilərin haqqı kobud şəkildə pozulur və 70 əməkdaş faktiki olaraq heç bir xəbərladıq edilmədən işdən çıxarılıb və binaya buraxılmayıb.
Hazırda sözügedən əməkdaşların prezidentə şikayət məktubu hazırladığı bildirilir. İxtisara düşən 70 əməkdaşın əksəriyyəti təcrübəli dövlət məmurlarıdır.
Paylaş:




























