Xəbər lenti

     Məşədi Əzizbəyovun adı Azərbaycan tarixində iz qoyub. 70 il onun şərəfinə tərif deyilib. Şərəfinə şeirlər, poemalar , elmi əsərlər yazılıb.1990-cı ildən sonra  hər şey kökündən dəyişib. Heykəlləri yıxılb. Haqqında yazılanlar  ortadan götürülüb.  Amma Əzizbəyov bu xalqın övldıdır. O,bu xalqa düşmən olmaq  fikrində olmayıb.Sadəcə tutduğu yolu doğru bilib.

Mühəndis, ictimai xadim, inqilabçı olan Məşədi Əzizbəyov 1876-cı ildə Bakıda anadan olmuşdur. Sovet dövründə onun bənna ailəsindən gəldiyi iddia olunurdusa belə bilinənə görə əslində Əzizbəyov zədəgan nəslindən olmuşdur. Nailə Əzizbəyova və Məşədi Əzizbəyovun oğlu Mehdi Əzizbəyovun sözlərinə görə əsilləri tacir ailəsindən olmuş, atası Əziz Əzim oğlu Əzizbəyov isə Hacı Zeynalabdin Tağıyev ilə yaxın olmuşdur. O, Çar Rusiyası dövründə Sibirə sürgün edilmişdir. 20 sentyabr 1918-ci ildə Krasnavodskdan (indiki Türkmənbaşı) 207 km aralıda yerləşən Ağcaqum çölündə Bakı kommunasının digər üzvləri ilə birlikdə güllələnmişdir.

1896-cı ildə Bakı realnı məktəbini bitirdikdən sonra Peterburq Texnologiya insitutuna daxil olmuşdur. O Marksist ideologiyasına burada maraq salmış və sonralar Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (RSDFP) ilk üzvlərindən birinə çevrilmişdir. 1898-ci ildə RSDFP-yə daxil olub. 1899-cu ildə Peterburq Texnologiya İnstitutuna qəbul olunub, 1900-cü ildə Peterburq ali məktəblərində oxuyan azərbaycanlı tələbələrin həmyerlilər cəmiyyətinin sədri seçilib. 1902-ci ildə Peterburq fəhlələrinin inqilabi çıxışlarmda iştirakına görə həbs edilib, 1905-ci ildə Hümmət sosial-demokrat təşkilatının rəhbər özəyinə daxil olub. Elə həmin il Bakı fəhlələrinin ümumi tətilində fəal iştirak edib, Elektriçeskaya sila səhmdar cəmiyyətinin şəhər kontorunda işə girib, şəhərdə erməni-müsəlman toqquşmalarmm qarşısını almağa çalışıb. 1906-cı ildə RSDFP Bakı təşkilatının tapşırığı ilə Bayraği-nüsrət (Zəfər bayrağı) adlı partiya döyüş drujinasını yaradıb. Bakıda az müddətdə mühəndisliklə məşğul olmuşdur. 
   Müstəqillik dövründənn xeyli keçib. Amma maraqlı burasıdır ki, bu gün Azərbaycanda Məşədi Əzizbəyovun heykəli hələ də kimlər tərəfindənsə qorunub saxlanır. Yenə qeyd edirəm: Məşədi Əzizbəyov öz xalqına düşmən  olmaq istəməzdi.Sadəcə doğru bildiyi yol bu, olub.
  Oxucu üçün maraqlı olar.Əzizbəyovun heykəli haradadır?
  Bakının Sabunçu rayonunda,Balaxanı qəsəbəsində bir dövlət müəssisəsi var:Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi  Azərbaycan Təcrübə - sınaq və təmir zavodu..İndi bu zavodun həyətində Məşədi Əzizbəyovun heykəli hələ də qalır.Düşünmürəm ki, Əzizbəyov bizim milli dəyərimizdir. Baxmayaraq ki, onun mənsub olduğu dövlət quruluşu  bizim istədiyimizə uyğun deyildi.Amma o, bu, heç vaxt öz millətinə düşmən olmayıb.Sadəcə ,onun partiyası bəzi tələblərə cavab vermədi. O partiyanın rəhbərləri avanturist mövqeyə yuvarlandılar.
    Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 199          Tarix: 6-02-2019, 21:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma