Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.
ANAMA-dan “Report”a verilən məlumata görə, oktyabrın 22-də yerli sakin tərəfindən daxil olmuş zəngə əsasən Məşədi Həsən kəndi ərazisində 1 ferma ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 28 ədəd partlamamış hərbi sursat (PHS), 20 ədəd partlamış-yanmış mərmi qalıqları və 548 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 317 100 kv.m (31.71 ha) ərazi yoxlanılıb.
Ümumiyyətlə, 50 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 14 ferma ərazisinə, 41 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib, 13 153 ədəd partlamamış hərbi sursat (PHS), 5 431 ədəd partlamış-yanmış sursat qalıqları və 46 336 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 49 354 608 kv.m (4 935 ha) ərazi yoxlanılıb.
Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Paylaş: