Xəbər lenti

 Martın 19-da  Bakı şəhəri, C.Cahangirov adına 4 nömrəli tam orta məktəbdə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə yaşadan "Novruz sevincləri" adlı tədbir keçirildi.
   Bayram əhval-ruhiyyəli tədbirdə şagirdlərin Novruza, baharın gəlişinə həsr olunmuş şeirləri, maraqlı səhnəciklər, ifa etdikləri mahnı və rəqslər hamı tərəfindən sevinclə qarşılandı.        
 Məktəbin direktoru Fəttanə Rəhimova, Tədris işləri üzrə direktor müavini Gülaran Əliyeva, Tərbiyə işləri üzrə direktor müavini Hüseyn Ağayev və başqaları tədbirdə çıxış edərək bayram münasibəti ilə müəllim kollektiini və şagirdləri təbrik etdilər.Tədbir Bayram əhval-ruhiyyəli mahnılarla başa çatdı.
Ovqat.com 

 

                                     




Ana səhifəyə qayıt        Baxış: 1 375          Tarix: 19-03-2019, 16:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma