Xəbər lenti

 

Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli 250 min manatlıq avtomobilinin olması ilə bağlı iddiaya münasibət bildirib. T.Kərimli “Report”a açıqlamasında deyib ki, bu iddianın əsası yoxdur. Deputatın sözlərinə görə, sürücüsünün idarə etdiyi “BMW” markalı avtomobil 2004-cü il istehsallıdır:

“Bu avtomobilin qiyməti 250 min manat necə ola bilər?! Əsası olmayan belə fikirləri mühacirətdə yaşayan biri tirajlayır. Onun qeyri-ciddi açıqlamalarına reaksiya vermək fikrim yox idi. Hətta bir dəfə demişdi ki, Tahir Kərimli İsmayıllıda işlədiyi vaxtda bir qadını üç dəfə eksqumasiya etdirib... İndi də daha bir yalan tirajlayıb. Bir başqası da demişdi ki, Tahir Kərimlinin qardaşına tikinti şirkəti hədiyyə edilib. Təəssüf edirəm ki, bəzi insanlar belə yalanlara inanırlar. Deyir ki, Tahir Kərimlinin əvvəllər heç nəyi yox idi, indi isə 200-300 min manatlıq avtomobil idarə edir. Əksinə, sovet dövründə qardaşlarımın, yeznələrimin, özümün ən müasir avtomobillərimiz var idi. Amma indi nə qardaşlarımın, nə övladlarımın avtomobili var. Oğlum dostunun ”Niva" markalı avtomobilini idarə edir. Heç nəyim yoxdur, hər şeyimi itirmişəm, amma əvəzində dövlətimiz azad, müstəqil olub. İyirmi iki il maaş almamışam, qohumlarımın da bir hissəsi az müddət öncə müvəqqəti işlə təmin olunub. İxtiyarımda olan avtomobil Vəhdət Partiyasının qeydiyyatındadır. Bahalı avtomobilim də ola bilər, buna görə kimsə mənə söz deyə bilməz. Məmur deyiləm ki?! Bahalı avtomobilim yoxdur, təki olaydı... Açığı, avtomobili yeniləmək fikrim var, bu da təbii ki, imkana baxır... İnşallah, yeniləyəcəyik. Yalan informasiyalarla insanları gözdən salmaq olmaz. Biz deputat olmamışıq ki, özümüzə hansısa şəraiti quraq... Əməkhaqqımızı alırıq, vətənimizə, seçicilərimizə xidmət edirik".

“Yeni Müsavat” xəbər verir ki,  Tahir Kərimli 5 mart 1956-cı ildə Ağsuda  doğulub. 1973-cü ildə Ağsu şəhər 1 saylı orta məktəbi, 1983-cü ildə ADU-nun hüquq fakültəsini bitirib. Çilingər, təsərrüfat müdiri, hüquq məsləhətçisi, məhkəmə iclas katibi, hakim əvəzi, İsmayıllı rayon xalq hakimi,  Ali Məhkəmə sədri işləyib.  1990-1995-ci illərdə Ali Sovetin deputatı olub. 1990-cı il 20 Yanvar qətliamına görə Sov.İKP üzvlüyündən imtina etdiyinə və SSRİ prezidenti M.Qorbaçova ölüm hökmü çıxardığı üçün xalq hakimi vəzifəsindən kənarlaşdırılıb, 1991-ci ildə  vəzifəsinə bərpa edilib. 1998-ci ildən Vəhdət Partiyasının sədridir. AXC 2-ci Proqram və Nizamnaməsinin, Vəhdət Partiyasının Proqram və Nizamnaməsinin müəlliflərindən biridir. 5-ci çağırış Milli Məclisin deputatıdır.

Dörd övladı və dörd nəvəsi var.

Xanlar FÉtiyev ile ilgili görsel sonucu

Araşdırmaçı jurnalist Cavanşir Həsənli deputat Xanlar Fətiyevin Avropadakı biznesi ilə bağlı maraqlı məlumatlar əldə edib. Bakupost xəbər verir ki, C.Həsənli növbəti araşdırma yazısında  Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri olan Xanlar Fətiyevin Berlində, Ştutqartda şirkətlər açıb, 3 milyon avrodan artıq yatırım qoyduğunu iddia edib. 

Araşdırmaçı iddia edir ki, Gəncə Avtomobil Zavodunun rəhbərinin biznesi Maltaya və İspaniyaya qədər uzanır.

Minskdə isə Xanlar Fətiyevə məxsus avtomobillərin icarəsi və taksi xidməti ilə məşğul olan şirkətləri var.  Moskva və Kiyevdə də şirkətin avtomobillərin icarəsi xidməti göstərən filialları var.

Xanlar FÉtiyev âBelaruskiâ supermarketlÉr ile ilgili görsel sonucu

Paytaxtdakı “Belaruski” supermarketlərinin də  deputata məxsus olduğu iddia olunur.

Xanlar Fətiyev 15 yanvar 1972-ci ildə Bakı şəhərində doğulub. 1988-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin sənaye və mülki tikinti fakültəsinə daxil olub. İş fəaliyyətinə 1988-ci ildə “Azərtransqaz” nəzdində 2 saylı səyyar mexanikləşdirilmiş dəstədə fəhlə kimi başlayan deputat 1990-1991-ci illərdə “Betonçu” kooperativində iqtisadiyyat və istehsalat üzrə mühəndis, 1992-1994-cü illərdə isə həmin kooperativdə sədr vəzifəsində işləyib.

O, 1994-1997-ci illərdə “Elruz” kiçik müəssisəsində sədr, 1997-2003-cü illərdə “Avestas” firmasının baş direktoru, 2003-2004-cü illərdə “Aznur” MMC-nin baş direktoru vəzifələrində çalışıb. 2004-cü ildən bu günə kimi isə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində işləyir. 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən Milli Məclisə deputat seçilib. Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür.

ORXAN,
“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 395          Tarix: 1-08-2019, 09:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma