Xəbər lenti

 

Səfirlikdən "Amerikanın səsi"nə verilmiş cavabda diqqət həmsədrlərin bu ilin 9 mart tarixindəki bəyanatına yönəldilir. ABŞ son zamanlar cəbhədə baş verənlər və Paşinyanın Xankəndindəki bəyanatı ilə bağlı fikrini bildirmiş oldu. Bu isə o deməkdir ki, ətraf rayonların Azərbaycana qaytarılması, Qarabağın yekun statusuna aydınlıq gətirilməsi, Ermənistan və Qarabağ ərazisində dəhlizin açılması, bölgədə beynəlxalq sülhməramlıların yerləşdirilməsi variantına üstünlük verir.

Bu sözləri Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. O bildirib ki, bu, Madrid prinsipində Sarkisyanın da üzərinə öhdəlik götürəcəyi bir həll variantıdır.

"Yeri gəlmişkən, Paşinyan bu öhdəliyi qəbul etmir. Həmsədrlərin 9 mart bəyanatı Ermənistanda isterika ilə qarşılanıb”.

Politoloqun sözlərinə görə, Boltonun Cənubi Qafqaza səfəri zamanı “işğal altındakı ətraf bölgələr boşalmalıdır” bəyanatından sonra, ABŞ səfirliyi də Paşinyanın həyasız bəyanatına qarşı İrəvana öz tələbini bildirmiş oldu:

“Bundan əvvəl bir neçə dəfə Vaşinqton tərəfindən Bakının icazəsi olmadan danışıqların formatının dəyişilməsinin mümkünsüzlüyü bildirilirdi. Buna görə də erməni KIV-ləri arasında ən çox tənqid olunan ölkə ABŞ idi.

Biz yaxın vaxtlarda Vaşinqtona növbəti dəfə nümayəndə heyəti göndərərək ABŞ-Azərbaycan münasibətlərinin perspektivlərini müzakirə etməliyik. Ümid edək ki, növbəti prezident seçkilərində də Respublikaçılar qalib olacaq. Azərbaycan-ABŞ münasibətlərinin inkişafı Azərbaycan-Rusiya arasında münasibətlərə də dinamika gətirəcək və Moskvanın Azərbaycana yaşıl ışıq yandıracağı ehtimalını yüksəldəcək. Hesab edirəm ki, hər iki tərəf Cənubi Qafqazın ən rentabelli ölkəsindən istəklərini almaq üçün Qarabağ mövzusunda Bakının bəzi istəklərini yerinə yetirəcək”

 

 




Ana səhifəyə qayıt        Baxış: 540          Tarix: 17-08-2019, 16:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma