Xəbər lenti

  

Səudiyyə Ərəbistanı hakimiyyəti yerli aviaşirkətləri Rusiya ilə birbaşa uçuşlar təşkil etməyə təşviq edəcək.

Bu barədə Səudiyyə Ərəbistanın Turizm və Milli İrs İdarəsinin müdiri Əhməd Əl-Xatib bildirib. Yaz aylarında "Nordwind Hava Yolları" Ciddədən Moskvaya ilk birbaşa uçuşlara başlayıb. İyun ayında Krallığın o vaxtki enerji naziri Xalid əl-Falih, Səudiyyə Ərəbistanı ilə Rusiya arasında həftədə 14 birbaşa uçuş planlaşdırdığını və bunların sayının daha da artacağını bildirmişdi. O əlavə edib ki, uçuşların istiqaməti rus turistlərin üstünlüklərindən asılı olaraq müəyyənləşdiriləcək.

Qeyd edək ki, Əhməd Əl-Xatib həmçinin bunları söyləyib: "Biz bu məsələni araşdıracağıq və rus turistlərin istədiklərinə əsaslanaraq müxtəlif istigamətləri açacağıq. Dənizi görmək istəsələr, Qırmızı dənizə uçuşlar açacağıq. (Mədəni) irs və tarixi haqqında öyrənmək istəsələr, Rusiyadan gələn turistlər üçün yolu asanlaşdıracağıq.

Səudiyyə Ərəbistan ilk dəfə 49 ölkədən gələn əcnəbilər üçün turist vizaları tətbiq edəcək.

Krallıq üçün viza onlayn şəklində müraciət edərək 80 dollara əldə etmək mümkün olacaq, halbuki turistlər üçün Məkkə və Mədinə ziyarətgahlarına giriş məhdudlaşdırılacaq. Vətəndaşların turist vizası ala biləcək ölkələrin tam siyahısı cümə günü daha sonra dərc olunacaq.

Krallıqda mövcud olan spirt içkilərin istifadəsinin qadağanın turistlərə də şamil ediləcəyi qeyd olunur. Eyni zamanda, uzun qolları olan abaya ərəb paltarı bir qayda olaraq qadınlar üçün qara rəngdə geyinmək məcburi olmayacaq, əksinə ictimai çimərliklərdə də təvazökar geyimlərin olması kifayət edəcəkdir.

Krallıq 2030-cu ilə qədər ildə 30 milyon ziyarətçi səviyyəsinə çatmağı planlaşdırır. İndi bu rəqəm 16 milyondur aralarında turist yoxdur, amma yaxın gələcəkdə Səudiyyə Ərəbistan hər il 47 milyard dollarlıq turizm sahəsindən gəlir gözləyəcəyini söyləyib.

Trend




Ana səhifəyə qayıt        Baxış: 502          Tarix: 29-09-2019, 13:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma