Xəbər lenti

Hindistanın insan hüquqları müdafiəçiləri Cammu Kəşmirin şimalında ən azı 2900 insanın basdırıldığı kütləvi məzarlığın tapıldığını bildiriblər.

“The Hindu” qəzetinin yazdığına görə, Beynəlxalq İnsan Hüquqları Məhkəməsi (IPTK) və Kəşmirdəki Ədalət Məhkəməsi adlı qeyri-hökumət təşkilatları öz hesabatlarında Cammu və Kəşmirin şimalındakı Bandipora, Baramulla və Kupvara bölgələrindəki 55 şəhərdə aparılan axtarışlarda 2700 məzarın aşkar edildiyini, məzarlarda ən azı 2900 insanın cəsədinin tapıldığını bildiriblər.

Hindistan Milli İnsan Hüquqları Komissiyası və Cammu və Kəşmir İnsan Hüquqları Komissiyasının hadisəyə müdaxilə eləməsini tələb edən təşkilat, kütləvi məzarlarla bağlı məlumatların əks olunduğu hesabatın Cammu və Kəşmirdə ləğv edilmiş Vilayət İdarəsinin keçmiş baş naziri Ömər Abdullaha və Hindistan hökumətinin müvafiq qurumlarına təqdim edildiyini bildirib.

ITPK-nın təsisçisi Anqana Çatterji aşkar edilən 2 700 məzardan 2 373-nün adsız olduğunu, 154 məzara 2 cəsəd, 23 məzara isə 3-17 cəsəd basırıldığını söyləyib və deyib: Hökumət bu hesabata laqeyd yanaşmamalı, onu prioritet olaraq araşdırmalıdır”. Çatterji deyib: “Bandipora, Baramulla ve Kupwara'da aşkar edilən məzarların Hindistan ordusu və hərbi qüvvələrin bölgədəki kütləvi soyqırımlarının bir parçası olduğu aşkardır”.

Hesabatın Cammu və Kəşmirdəki 10 rayonun sadəcə 3-nü əhatə elədiyini diqqətə çatdıran Çatterji deyib: “Bütün bölgələri əhatə edən müstəqil təhqiqat aparılarsa, 1989-cu ildən indiyə qədər qeydiyyatı aparılan 8 min itkin düşmüş qurban adsız və nişanəsiz kütləvi məzarlıqlardan tapılacaqdır”.

Cammu Kəşmirdə müstəqillik tərəfdarları ilə Hindistan hökumət qüvvələri arasındakı toqquşmalarda 1989-cu ildən indiyə qədər 100 min nəfərin həlak olduğu təxmin edilir.

Kəşmir problemi

İngiltərə 1947-ci ildə Hindistanı tərk edərkən şahzadə tərəfindən idarə edilən Kəşmirə Hindistan və ya Pakistanla birləşmək məsələsində sərbəstlik verdiyini bildirib. Əhalisinin 90 faizi müsəlman olan Kəşmir xalqı 1947-ci ildə Pakistana qatılmağa çalışsa da, o dövrün şahzdəsi Hindistan ilə birləşməyi qərara alıb.

Müsəlman Kəşmir xalqı qərara qarşı çıxıb. Pakistan və Hindistanın bölgəyə hərbçi göndərməsi nəticəsində 1947-ci ildə ilk dəfə tərəflər müharibə ediblər. 1965 və 1999-cu illərdə eyni səbəbdən iki ölkə arasında müharibələr baş verib.

45%-i Hindistanın 35%-i Pakistanın nəzarəti altında olan Kəşmirin 20%-i isə Çinə tabedir.

Hindistan ələ keçirdiyi əraziləri Cammu və Kəşmir vilayəti adı altında özünə tabe etdi. Pakistan isə nəzarətindəki Kəşmirə Azad Kəşmir və Gilgit Baltistan adlı iki muxtar bölgə statusu verib.

2019-cu il avqustun 5-də Hindistan hökuməti Konstitusiyanın yarım əsrdən artıq bir dövr ərzində Cammu və Kəşmirə xüsusi status verən 370-ci maddəsini ləğv edərək, bölgənin xüsusi statusunu əlindən alıb, xalqın etirazlarını boğmaq məqsədilə bölgəyə böyük hərbi qüvvə yeridib.

BMT Təhlükəsizlik Şurasının 1948-ci ildən bəri verdiyi qərarlar Kəşmirin hərbçilərdən təmizlənməsini və gələcəyinin referndumla müəyyənləşməsini nəzərdə tutub. Hindistan isə bu qərarlara məhəl qoymur.




Ana səhifəyə qayıt        Baxış: 469          Tarix: 4-10-2019, 13:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma