Xəbər lenti

 

Separatçı-terrorçu erməni rejimi Azərbaycan Respublikası Xocavənd rayonunun 28-ci ildir işğal altında qalan ərazisində daha bir xaç abidəsi qoydurub.
Moderator.az xəbər verir ki,  başda “kənd icmasının rəhbəri” Artur Ayrapetyan və erməni keşiş olmaqla bir qrup separatçı “Arevşat” adlandırılmış Dolanlar kəndində  xaçkarın açılış mərasimini keçirib. Azərbaycan torpaqlarının işğalı zamanı gəbərmiş işğalçı erməni hərbçilərinə həsr edilmiş üzdəniraq  xaç abidəsinin açılışında erməni məktəblilər “vətənpərvər” çıxışlar və şeirlər səsləndirib.
Xaçkarın guya bu kənddən olan “xeyriyyəçi” Vaçaqan Amircanyanın vəsaiti hesabına qurulduğu bildirilir.
Xatırladaq ki, Dolanlar — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənddir. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilib.
Qarabağ silsiləsinin yamacındadır. Keçmış adı Ərgünəş (Argünəş) olmuşdur. Kənd 1828-ci ildən sonra Cənubi Azərbaycandan köçüb gəlmiş ailələrin Ərgünəş adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ərgünəş ərazidəki dağın adıdır. Dolanlar oykonimi etnotoponim olub, XIII əsrdə monqol işğallarında iştirak etmiş dolon tayfasının adını əks etdirir. Bu tayfanın adı qırğızlar və özbəklər arasında da yayılmışdır.
P.S. Nə olsun, bizim pullular da Bakıda xristian, yezidi, mason üslubunda şadlıq sarayları, göydələnlər ucaldır...



Ana səhifəyə qayıt        Baxış: 305          Tarix: 26-10-2019, 10:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma