Tütün yarpaqlarından hazırlanan siqaret və qəlyanın çəkilməsi dünya miqyasında insan ölümünə yol açan təhlükəli vərdişlərdən sayılır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 5,4 milyondan artıq insan siqaretdən ölür. Hesab olunur ki, bu göstərici 2030-cu ilə qədər 8 milyonadək artacaq və insan ölümlərinin əsas səbəbəlri arasında ilk “beşik”ə daxil olacaq.
Dünya miqyasında bu zərərli vərdişə qarşı mübarizə aparaqmaq üçün bir sıra qanunlar qəbul olunub, təşəbbüslər gerçəkləşdirilib, ictimai yerlərdə siqaret çəkməyə qadağalar tətbiq edilib. Amma bütün bunlara baxmayaraq, heç bir ölkədə siqaretdən istifadə hallarına son qoyulmayıb.
Hətta sağlam həyat tərzi ilə vətəndaşlara nümunə göstərməli olan məşhur siyasətçilər, həkimlər belə, bu zərərli vərdişə məğlub olublar.
Modern.az saytı dünyanın məşhur simaları arasında kimlərin siqaret çəkib, qəlyan tüstülətdiyini araşdırmağa çalışıb. Mənzərə ilə siz də tanış olub.
Siqaret çəkmək keçmişdə də olub, indi də var…
Amerikanın hazırki prezidenti Barak Obama dünya siyasətinin ən “stajlı” siqaret çəkənlərindən sayılıb. O, yeniyertmə yaşlarından zərərli vədişə başlamışdı. 2007-ci ildə prezidentliyə namizəd kimi Obamanın verdiyi seçki vədlərindən biri də məhz siqareti atacağı ilə bağlı idi. O, seçkiləri udsa da, yalnız 2011-ci ildə zərərli vərdişdən tam vaz keçə bildi. Bunun üçün Obama tez-tez “Nikorette” saqqızlarından istifadə edir.
Çin Xalq Respublikasının yaradıcısı Mao Tsedun tarixin bir başqa tütün həvəskarı olub. O, yerli istehsal olan “Panda” siqaretlərindən istifadə edib. Deyilənə görə Mao siqaretdən danışıqlar zamanı qıcıqlandırıcı bir vasitə kimi də istifadə edirmiş. Onun SSRİ təhbəri Nikita Xruuşovla danışıqlar zamanı qəsdən opponetinə tərəf tüstü buraxması faktı da məlumdur.
XX əsrin ən qanlı diktatoru sayılan İosif Stalin isə daha çox qəlyan həvəskarı kimi tanınıb. Bəzən papirosdan da istifadə edən Sovet lideri üstünlüyü “Gersoqovina Flor” papiroslarının tütününü qəlyana doldurub çəkməyə verirdi.
Stalinin müasiri olan Uinston Çörçil isə tarixdə ən məşhur siqar həvəskarı kimi tanınıb və həmişə Kuba siqarına üstünlük verib.
Qərb yarımkürəsinə sosializm gətirən Fidel Kastro isə 45 il “nümunəvi tütünçəkən” olub. Kuba lideri yalnız 1986-cı ildə siqaretlə milli mübarizə günü çox sevdiyi siqardan həmişəlik imtina edib.
18 il Sovet İttifaqının başında dayanmış Leonid Brejnev də siqaret həvəskarı olub. O daha çox sovet istehsalı olan “Novost”, “Krasnopresnenskie” və “Stoliçnıe” siqaretlərini çəkməyə üstünlük verirdi. Həkimlərin qadağasına baxmayaraq, sovet lideri öz mühafizəçilərindən və yaxın çevrəsindəki şəxslərdən siqaret alaraq, gizlincə çəkirmiş. Qadağalara əməl edəndə isə ətrafındakı insanlardan siqaret çəkməyi və tüstünü onun üzərinə buraxmağı xahiş edirmiş.
Almaniyanın 5-ci federal kansleri Helmut Şmidt (1974-1982) mentollu siqaret həvəskarı kimi tanınırdı. Ötən ilin noybarında 96 yaşında vəfat edən Şmidt həyatının sonuna qədər zərərli vərdişini tərgitməyib. Hətta siqaretə qarşı mübarizə aparan Almaniya cəmiyyəti keçmiş kanslerin bu zəifliyini nəzərə alaraq, onun canlı efirdə belə, siqaret çəkməsinə göz yumurdular.
ABŞ -ın keçmiş prezidenti Bill Klinton isə prezidentliyi dönəmində Ağ Evdə siqaret çəkməyi qadağan etmişdi. Buna baxmayaraq, istirahət vaxtlarında, xüsusən sevdiyi qolf görüşlərində prezident özünü siqar çəkməkdən saxlaya bilmirdi.
Çexiyanın hazırki prezidenti Miloş Zeman da Avropada siqaer çəkməyə isti baxan azsaylı siyasətçilərdən biridir. Prezident bir dəfə müsahibəsində hətta çexlərin daha çox siqaret çəkməsini arzuladığını da demişdi.
Fransanın “Milli Cəbhə” partiyasının sədri və ölkədəki millətçilərin lideri sayılan Marin Le Pen isə zərərli vərdişə qarşı müvəffəqiyyətlə mübarizə apırır. Bir müddət siqaret çəkən Le Pen hazırda nikotinsiz eketron siqaretlərdən istifadə edir.
İspaniyanın baş naziri Mariano Raxoy isə tütün həvəsinə heç cürə qalib gələ bilmir. 2004-cü ildən Xalq Partiyasına, 2021-ci ildən isə İspaniya hökumətinə rəhbərlik edən siyasətçi Kuba siqarının həvəskarı kimi tanınır. Onun hökumətində səhiyyə naziri postunu tutan Anoy Mato baş naziri “tüstüdən azad cəmiyyətə” daxil etmək istəsə də, bu məsləhətlər bir nəticə verməyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov siqaret həvəskarı kimi tanınır. Jurnalistlər dəfələrlə onu vacib görüşlərdən sonra siqaret tüstüləyən məqamlarda lentə alıb. Ötən il 9 May Qələbə günü ilə bağlı tədbirdə Lavrovla görüşən Çexiya prezidenti Miloş Zeman “Biz hər ikimiz siqaret çəkənik” deyə replika da atmışdı. Onlarla yanaşı dayanan Vladimir Putinisə “Siqareti atmaq lazmıdır” deyə hər ikisinə məsələhət vermişdi.
Müasir Türkiyənin yaradıcısı Mustafa Kamal Atatürk həddən artıq siqaret çəkib. Deyilənə görə, onu müayinə edən alman həkim Fissinger dövlət başçısından gündə neçə qutu siqaret çəkdiyini soruşub. Cavabında “səkiz qutu” deyən Atatürk həkimin məsləhəti ilə siqaretin sayını 1 qutuya qədər azaldıb.
Müstəqil Azərbaycanın tarixində yeganə siqaret çəkən dövlət başçısı Əblülfəz Elçibəy olub. Gənc yaşlarından siqaretə meyl salan mərhum prezident dövlət başçısı kimi qatıldığı iclaslarda, hətta Milli Məclisin topaltılarında belə, zərərli vərdişini nümayiş etdirib. Mərhum Eçibəy “Camel” siqaretlərinə üstünlük verib...
Vüqar İsmayılov
Paylaş: