Ankaranın regional və transregional təsirinin bugünkü genişlənməsi əsnasında Türkiyəyə verilən Yeni Osmanlı və Yeni Osmalıçılıq tipologiyası ölkəmizin siyasətçiləri və elitalarında, xüsusən də həmişə gərgin olmuş Osmanlı-Avropa münasibətlərinin keçmişini nəzərə alaraq, ilk növbədə,Qərb ölkələrində getdikcə daha çox istifadə olunur (Maraqlıdır ki, İranın artan nüfuzunun Fars imperiyasının dirçəldilməsi kimi yozan Ərəb dünyasının mübahisəli “şiə hilalı” istilahı da əslində, eyni mənbədən qaynaqlanır.).
17 il əvvəl Türkiyədə AKP-nin yüksəlişindən, daha çox da son vaxtlar Rəcəb Tayyib Ərdoğanın bölgədə müdaxiləçi siyasətindən, Avropa İttifaqı ilə çətin münasibətlərindən sonra bu termin beynəlxalq və siyasi dairələrdə çox populyarlaşıb. O cümlədən ölkəmizdə. Əslində, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun 8 il əvvəl türkdilli ölkələr arasında birliyin zəruriliyini vurğulayan sözləri də digər türk siyasətçilərinin dilindən səslənib.
Beynəlxalq münasibətlərdə tamamilə dəyişmiş şərtlərə nəzər salmaqla, bunun qeyri-real və böyük dərəcədə sapma termin olduğunu söyləmək olar. Bugünkü Türkiyə heç vaxt “Yeni Osmanlı” epitetini özünə yapışdıra bilməz. Birinci və İkinci Dünya müharibələrindən sonra Almaniya kimi, Türkiyə də soyuyub və imperiya qurmaq üçün mənəvi gücü və imkanları yoxdur. Buna nail olmaq üçün daxili qüdrət və birlik sarıdan kasaddır.
Əgər əvvəllər, Soyuq müharibə dövründə o, Sovet İttifaqına qarşı NATO-nun ikinci ən böyük ordusu, Atlantik Blokun cənub cinahında ən güclü təhlükəsizlik təminatçısı idisə, bu gün statusdan məhrumdur və Türkiyə böyük ölçüdə geostrateji əhəmiyyətini itirib.
Son 10 ildə Türkiyənin bölgəyə yanaşması Avropa İttifaqından məyusluğu və Avropa siyasi klubuna daxil olmaq üçün illərdir həyata keçirilən uğursuz cəhdlərinin nəticəsidir. Bu, öz növbəsində, Bosforun hər iki tərəfində, Avropa və Türkiyə arasındakı siyasi qarşıdurmanı daha da artırıb.
Ölkəmizdə Türkiyənin Qərb dünyasına inteqrasiya adlandırılan addımların ümumi qavranmasından fərqli olaraq, o, bütün siyasi həqiqətləri nəzərə almır və Türkiyə bu gün Avropanın siyasi dünyası üçün tarixi və mədəni məna daşıyır.
Türkiyə, İranla müqayisədə, yaxın və uzaq qonşularının daha çox rəqabəti və təhdidləri ilə üzləşir, bu da öz növbəsində, Türkiyənin daxili siyasi və sosial şərtlərinə və hər cür Yeni Osmanlı ambisiyalarına dərin və dağıdıcı təsir göstərir, onu bu iddiadan məhrum edir. Türkiyənin birbaşa və dolayı qonşuları: Yunanıstan, Kipr, Rusiya, İraq, Suriya, İran və hətta İsraillə, bir qayda olaraq, münaqişə vəziyyətində və müəyyən mənada mühasirədə olduğunu aydın görmək olar.
Yüksək iqtisadi, mədəni və sosial fayda verdiyinə baxmayaraq, AKP Türkiyəsi Qərbdə türk və Osmanlı fobiyasını dəstəkləyən, Ərdoğandan əcinnə yaradan avropalılarla işləyir. Aİ Türkiyəyə qapılarını bağlayır, Ankaranı insan haqlarının durumuna görə daim tənbeh edir, İstanbuldakı Taksim Meydanını müqavimət və müxalifətin iqtidara qarşı güc simvolu olaraq təqdim edir.
Üstəlik, Türkiyədəki dünyəvi idarəçilik tarixinə və hökumətlə gərgin toqquşmada olan kürd etnik mənsubiyyətinə dəstəyini gizlətmir. Bu, Türkiyədəki daxili və etnik bölünmələri getdikcə daha çox alovlandırır, Yeni Osmanlı imperiyası ideyasına yer saxlamır.
Bir sözlə, Avropanın bugünkü Türkiyəyə daha çox tarixi allergiyası var.
Ədalət və İnkişaf Partiyasının demokratiya və iqtisadi inkişafa doğru uğurlu yürüşü hərbçi və dünyəvi Atatürk varisləri arasında, on illərdir davam edən siyasi və iqtisadi qeyri-sabitlikdən və Nəcməddin Ərbakanın Rifah Partiyasının qısa müddətli mövcudluğundan sonra Qərb, xüsusən Avropa tərəfindən istəksizliklə qarşılanıb. Bunun bir səbəbi də Ərdoğan hökumətinin tipik avtoritar siyasətidir ki, özü-özlüyündə, bir növ, geri dönüşdür.
Avropanın Türkiyənin daxili işlərinə yönəlik təxribatları, xüsusən də Ərdoğan hökumətinə qarşı çevrilişdən sonra baş verən məqsədli təzyiqlər, eləcə də Türkiyənin Avropaya iqtisadi-ticari inteqrasiyasına sədd çəkmə, Ankaranı son bir neçə ildə məcburi köçkün və qaçqınlarla təzyiq göstərməyə məcbur edib. Yəni Avropanı regional baxımdan hədəfə alma və onu misilsiz siyasi-təhlükəsizlik çətinliyi ilə şantaj etməyə. Bu yaxınlarda bir türkiyəli nazirin təbirincə: “Avropaya o qədər qaçqın və mühacir göndəririk ki, avropalılar yuxularını itirər”.
Elit, siyasi və ictimai dünyamız bu gün Avropa ilə birlikdə Ərdoğanın Yeni Osmanlı təhdidlərini, xüsusən də Təbriz stadionundakı son hadisələr və pantürk şüarlarının səslənməsini şişirdir, ölkənin ərazi bütövlüyünə və təhlükəsizliyinə böyük təhlükə sayır. Şübhə yoxdur ki, ölkənin şimal-qərbindəki bu təhriklərin öz tarixi var, bu gerçəklikdir, o, dözümlü və tədbirli şəkildə idarə edilməlidir. Lakin bu təhriklər İranın ərazi bütövlüyü və suverenliyinə böyük təhlükə yaratmır, çünki çoxsaylı strateji səbəblər Türkiyənin ən azı bu təhrikçi hərəkatda davamlı və dominant rol oynaya bilməyəcəyini göstərir.
Ədalətli olmaq üçün özümüzdən də soruşmalıq ki, Osmanlı İmperiyasının süqutundan bəri Türkiyə İrana qarşı, həqiqətən, hansı təhlükə yaradıb?
Tarixə istinadla sual verilməlidir: məgər bu, xristian Qərblə həmrəyliklə müsəlman Osmanlılara qarşı kampaniya aparan və Şərq cəbhəsini yaradaraq Qərbin nəfinə Osmanlını təhdid edən və məhv etməyi düşünən Şeyx Səfiəddinin qüdrətli varisləri deyildirmi? İndi elə həmin Səfiəddinin Təbriz, Ərdəbil, Maraga və s. şəhərlərdən olan nəvə-nəticələriri, ölkənin yarısını təmsil etdikləri iddiası ilə, guya pantürkçülük və panturanizmin piyadaları olmaq və Ərdoğanın Yeni Osmanlı xəyalını reallığa çevirmək istəyirlər?!
Səddam İraqı ilə məcburi müharibə zamanı, ABŞ və beynəlxalq sanksiyalar dövründə Türkiyə ən mühüm həyati ehtiyaclarımızın təminatçısı olub və belə də qalır. Türkiyə hələ ki digər qonşularımıza, xüsusən cənubdakı ərəb qonşularımıza nisbətən, bizimlə daha çox tarazlı və davamlı mədəni və dini əlaqələrə sahibdir. Onun qonşuluq münasibətləri və siyasi vicdanı, digər qonşularla müqayisədə, daha yaxşıdır.
Türklərin demokratiyası var, siyasi və sosial plüralizm və parlament ənənənəsi hökm sürür, türk vətəndaş cəmiyyəti, habelə hasilat xammalı olmadan ticarət və bazar elementinə güvənən iqtisadiyyatı formalaşıb və inkişaf edib. Türklər bütün qonşularla müqayisədə oturuşmuş millət-dövlətə sahibdirlər. Dünən də, bu gün də AKP liderləri, keçmişdə olduğu kimi, ölkəmizdəki islamçılıqdan çox təsirlənib və çağdaş milli-dini inanclarımızı qəbul ediblər. Türkiyənin sünni məzhəbi şiə mədəniyyətimizə və dini ayinlərimizə ən yaxınıdır.
Bu gün Türkiyənin plüralist siyasi, sosial və mədəni sistemində müəyyən dərəcədə hərtərəflilik və dözümlülük mövcuddur və Fars körfəzi bölgəsindəki kimi, şeyxlərin və qəbilə başçılarının arxipelaqı – qeyri-sabit regionda imperialistlər üçün qapıları açıq qoyaraq onların maraqlarının keşikçiləri, məsələn, xəyalından İranı viran qoymaq keçən Ərəbistandakı elita yoxdur.
Əlbəttə, dəyərləndirmədə hazırkı bütün siyasi və gündəm narahatlıqlarını kiçiltməməliyik, amma bu iki böyük qonşu arasında gözlənilən fikir ayrılıqları və mübahisəli mövzuların siyasi çəkisini artırmayaq və dost qonşudan düşmən yaratmayaq.
Strateq.az
Paylaş: