Xəbər lenti
Dünən, 19:25

 

 Mürvət Həsənli

ADAM sədri

Azərbaycan Milli Məclisinin indiyə qədərki deputatlarını bir çox məsələlərdə ittiham etmək mümkündür. Amma onları işləməməkdə günahlandırmaq vicdansızlıq olardı. Parlamentin qanunvericilik orqanı olduğunu nəzərə alsaq, Milli Məclisin işləyib-işləməməsini qəbul edilən hüquqi aktların sayıyla müəyyənləşdirmək olar. Azərbaycan Milli Məclisi qanunvericilik kəmiyyəti baxımından bəlkə də dünyanın ən məhsuldar parlamentidir. 
O başqa məsələdir ki, kəmiyyət məhsuldarlığı barədə dediyimiz sözləri keyfiyyətə şamil etmək o qədər də mümkün deyil. Bununla belə, Azərbaycan kimi Avropaya inteqrasiya edən dövlətlərdə əksər hallarda qanunlar yeni siyasi tendesiyalara uyğunlaşdırır, deputatların fərqli mövqeyi bu inteqrasiya prosesinə qatqıdan çox əngəl yarada bilir. Bu mənada bizim durumumuzda olan ölkələr üçün bəzən kəmiyyətdəki məhsuldarlıq daha çox önəm daşıyır.
Azərbaycan deputatlarının öz fəaliyyətlərində ölkəyə verəcəkləri fayda həm də seçicilərinin sosial problemlərinin həllində oynadıqları rolla ölçülür. Zatən qanunvericilik prosesində alternativ layihələr ortaya qoymaq imkanları və yeri gələndə əslində heç zərurətləri də olmayan millət vəkillərinin xalqa qazandıqları yollar, bərpa edilən parklar, nə qədər insanın işlə təminatı kimi fərdi-insani təşəbbüsləri daha çox yadda qalır. 
9 saylı Binəqədi seçki dairəsindən Milli Məclisə seçilmiş Kəmaləddin Qafarov da belə deputatlardandır. Mənim bildiyimə görə, o, yalnız qanunvericilik aktlarının qəbul olunmasında digər həmkarları kimi çalışmaqla qalmayıb, həm də xeyli seçicisinə əl tutub. “Sağ əlin verdiyini sol əl bilməməlidir” məntiqindən hərəkətlə deputat bunlar barədə danışmaq istəmədiyini nəzərə alıb mən də onun həmin humanist addımları barədə danışmaq istəmirəm. Amma indi görürəm ki, alternativlərindən bəzilər Kəmaləddin Qafarovu deputat kimi fəaliyyətsizlikdə ittiham edir, onu debata çağırırlar. Sözsüz ki, deputatın belə xırda işlərlə məşğul olacağını düşünmürəm. Onun indi başı seçicilərə zaman ayırmağa, bir-bir ziyarətlərinə gedib dərdlərini dinləməyə qarışıb. Görünür, aranı xəlvət görənlər fürsətdən yararlanaraq bəylik etmək xülyasına düşüblər. Hər kəsin öz miqyasına görə fəaliyyət göstərdiyini nəzərə alsaq, bu da başa düşüləndir. 
Bir də ki, adətən hər kəs özünü etalon şəxsiyyətlərlə müqayisə edir, onunla yarışırlar. 9 saylı Binəqədi seçki dairəsinin namizədləri də Kəmaləddin Qafarovu hədəf seçirlərsə, deməli, məntiqlə onun favorit olduğunu etiraf edirlər.




Ana səhifəyə qayıt        Baxış: 1 178          Tarix: 20-01-2020, 01:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma