Xəbər lenti

 

12 gündən sonra - fevral ayının 9-da ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu, həm də o deməkdir ki, yaxın günlərdə hazırkı millət vəkillərinin səlahiyyət müddəti başa çatacaq.

 

Azərbaycanın tarixində ilk dəfə olaraq Milli Məclisin buraxılması haqqında qərar qəbul edən hazırkı millət vəkillərinin bir-çoxunun  övladları və yaxın qohumları müxtəlif sahələrdə yüksək vəzifə tutmaları ilə yadda qalıb.

 

Yaxın günlərdə millət vəkili statusunu itirəcək deputatların yüksək vəzifələrdə işləyən övladlarının və yaxınlarının siyahısını təqdim edirik:

 

- Millət vəkili, AMEA-nın vitse-prezidenti İsa Həbibbəylinin oğlanlarından biri - Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi, digər oğlu Səhət Həbibbəyli isə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədridir.

 

- Milli Məclisin üzvü, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının rəhbəri olan Səttar Möhbalıyevin oğlu və eyni zamanda da bu yaxınlarda vəzifədən azad olunan Prezidentin köməkçisi Əli Həsənovun kürəkəni - İsfəndiyar Möhbalıyev Xəzər rayonu Polis İdarəsinin rəisidir.

 

- Millət vəkili Aqil Abbasın oğlu - Tuncay Abbasov Suraxanı Rayon Polis İdarəsinin 30-cu bölməsinin rəisidir

 

- Deputat Elman Məmmədovun oğlu - polkovnik-leytenantı Elşad Məmmədov  Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisidir.

 

- Millət  vəkili, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlının oğlu Fəxri Kazımov  Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədridir.

 

- Millət vəkili, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun oğlu - Xəlil Bayramov Xətai rayon 34-cü Polis Bölməsinin rəisidir.

 

- Deputat Çingiz Qənizadənin oğlu - Elgiz Qənizadə Binəqədi rayon prokurorunun müavinidir.

 

- Deputat Flora Qasımovanın oğlu - polis polkovniki Elsevər Mirzəyev Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəis müavinidir.

 

- Millət vəkili Sahib Alıyevin qardaşı - Bayram Alıyev Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisidir.

 

- Milli Məclisin üzvü Vahid Əhmədovun oğlu - Zəfər Əhmədov Qaradağ rayonunun prokurorudur.

 

- Deputat İmamverdi İsmayılovun oğlu - polis mayoru İlkin İsmayılov Sumqayıt Şəhər Yol polisinin imtahan-qeydiyyat şöbəsinin rəisidir.

 

- Millət vəkili Hüseynbala Mirələmovun oğlu - polis-polkovniki Fərid Mirələmov Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisi olub

 

- Deputat Ziyad Səmədzadənin oğlu Elşad Səmədzadə Azərbaycan İqtisadçılar İttifaqının  sədr müavinidir. Böyük qızı Aygün Səmədzadə tanınmış bəstəkardır. Kiçik qızı Aytən Səmədzadə isə "İqtisadiyyat" qəzetinin baş redaktorudur.

 

- Millət vəkili, Xalqa artisti Zeynəb Xanlarovanın oğlu Ramin Babayev Standarlaşma, Metrologiya və Patent üzrə Dövlət  Komitəsinin sədr müavini olub.

 

- Millət vəkili  Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanov da Fövqəladə Hallar Nazirliyində müavin vəzifəsində işləyir.

 

- Millət vəkili, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlanlarından biri Seymur Talıbov Naxçıvan Dövlət Universitetində prorektor, digər oğlu Rza Talıbov isə Dövlət Miqrasiya Xidmətində idarə rəisi vəzifəsində çalışır.  /Yeniavaz.com




Ana səhifəyə qayıt        Baxış: 668          Tarix: 29-01-2020, 21:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma