Xəbər lenti

 

ABŞ Prezidenti Donald Tramp dünən İsrail-Fələstin münaqişəsinin nizamlanması üzrə planı İsrail rejimi baş naziri Benyamin Netanyahuya təqdim edib.  

Tramp çıxışı zamanı bildirib ki, fələstinlilər daha yaxşı həyata layiqdirlər, lakin terrorizm aktivliyinin tələsinə düşüblər. Yaxın Şərq münaqişəsinin nizamlanmasını nəzərdə tutan 80 səhifəlik plan bu məsələ ilə bağlı ən detallı sənəddir. Qüds isə İsrailin bölünməz paytaxtı olaraq qalacaq. Bu plana ("Əsrin müqaviləsi") əsasən, Qüds bölünməz paytaxt qalacaq, bu çox əhəmiyyətlidir.  

Bundan əlavə Donald Tramp "Twitter" hesabında "Əsrin müqaviləsi"nə uyğun olaraq yeni Fələstinin xəritəsini paylaşıb və qeyd edib ki, həmişə İsrail dövləti və xalqının yanında olacaq.  

"Əsrin müqaviləsi"ndə yeni yaradılacaq Fələstin dövlətinə 50 milyard dollar məbləğində investisiya qoyuluşu nəzərdə tutulur.  

Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas ABŞ Prezidenti Donald Trampın bu qərarına münasibət bildirərək qeyd edib ki, "Əsrin müqaviləsi" planını qəbul etmirik:  

"Bu müqavilə baş tuta bilməz və Fələstində heç kim buna razı deyil. "Qüds əbədi olaraq Fələstinin paytaxtıdır. Bu reallığı heç kim dəyişdirə bilməz".  

Bu plan BMT və bəzi ölkələr tərəfindən təklif olunan barışıq üçün əvvəlki planlara bənzəmədi. Əslində, plan BMT-nin ikidövlətli planına xələl gətirdi və faktiki olaraq sərhədlərə məhəl qoymadı. Digər tərəfdən plan, kral Abdullahın planı kimi tanınan və Oslo kimi müqavilələri pozan ərəb barışıq planına da son qoydu.  

Qeyd etmək lazımdır ki, Qərb analitikləri İsrail-Fələstin münaqişəsinin daimi həllində ən vacib məsələni Fələstin qaçqınlarının statusu, sərhədlər problemi, Qüds məsələsi hesab edir.  

Ancaq Tramp danışıqlarda müzakirə ediləcək bəzi mövzuları artıq həll etmişdi və Qüdsü İsrail rejiminin paytaxtı elan etdi. Bunu isə o əvvəllərdə açıqlamışdı. Əslində Tramp Netanyahunun yuxusunda belə görməyəcəyi köməklikləri ona etdi. Qüdsün İsrailin paytaxtı elan edilməsi, ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi, İsrail üçün işğal olunmuş Qolan yüksəkliklərinin tanınması, Qərbi Şəriyədə sionist məskunlaşmalarının tanınması, Trampın Netanyahuya verəcəyi xüsusi hədiyyələr idi. Bu qərarların təfərrüatları dünən axşam açıqlandı.  

Ümumiyyətlə Trampın iki dövlətli planı adlandırdığı bu layihənin iki siyasi və iqtisadi ölçüsü var. İqtisadi baxımdan plan gələcək Fələstin dövlətinə 50 milyard dollar yardım ayıracaq, bu isə sözdə Fələstinin rifahı və güclənməsinə səbəb olacaq.  

Buna görə açılış mərasimində Tramp, fələstinlilərə pul verməkdən daha çox səlahiyyət verdiklərini iddia etdi.  

Siyasi tərəfdən paytaxtın Qüds elan edilməsi, sərhədlər, İordan çayı vadisinin statusu, Oslo razılaşmalarından sonra yaradılan yaşayış məntəqələri üzərində İsrailin suverenliyi kimi məsələlər var.   Trampın verdiyi məlumata görə, Qüds İsrailin vahid və bölünməz paytaxtı olacaq, eyni zamanda bu planın Şərqi Qüdsü Fələstin paytaxtı olaraq tanıyacağını və ABŞ-ın burda səfirlik açacağını vurğulayıb.   Bu mövzu birmənalı deyil. Bir tərəfdən Qüdsü İsrailin vahid və bölünməz paytaxtı olaraq tanıyır, digər tərəfdən Fələstinin paytaxtı kimi Şərqi Qüdsü görür. Bu Trampın Fələstinin bir hissəsini paytaxt Qüds ətrafındakı bir paytaxt şəhərə ayıracağına işarə edir.  

Plana görə, yəhudilərə ərəb evləri almağa icazə verilmir və əksinə ərəblərə yəhudi evləri almağa icazə verilmir. Qüdsə əlavə ediləcək yer yoxdur və Qüdsün müqəddəs yerləri olduğu kimi qalacaq.   İordan çayının vadisi əsrin sövdələşməsinə görə, İsrailin bir hissəsinin suverenliyi tanıyacaq. Məhz bu əsasda Netanyahu, Trampdan sonrakı çıxışında, əvvəlki sülh planlarının heç vaxt lazımi tarazlığa çatmadığını və İsrailin İordan vadisi üzərindəki suverenliyini heç vaxt tanımadığını, ancaq Prezident Trampın İsrailin İordaniya Vadisi, Yəhudanın digər strateji əraziləri üzərində suverenliyini tanıdığını söyləyib.  

O, həmçinin qeyd edib ki, plan Tövratda göstərilən bir çox nöqtəni İsrailin daimi hissəsi kimi tanıyıb. Buna görə də Fələstinlə sülhdən danışıqlarına razı oldum.  

Lakin Trampın açılışda dediyi ən mühüm məsələlərdən biri İsrail-Fələstin sərhədlərini müəyyənləşdirmək idi. Tramp, ABŞ-İsrail komitəsinin sərhədləri təyin edəcəyini açıqlayıb.  

ABŞ prezidentinin sözlərinə görə, Vaşinqton və Təl-Əviv, İsrail və Fələstinin gələcəyi ilə bağlı planları əvvəlcədən müəyyənləşdirilmişdi, lakin dəqiq sərhədləri dəqiqləşdirmək üçün bir komitə yaradılıb. Onun sözlərinə görə, fələstinlilər 5 il ərzində mübahisəni həll etmək və İsrail rejimi ilə məsləhətləşmək imkanı əldə edəcəklər, bu müddət ərzində Fələstin ərazilərindəki mövcud vəziyyət qorunacaqdır.  

Fələstin dövlətinin qurulmaması onların silahı kənara qoymamasına görədir. Bunu Tramp iddia edir. Tramp bununla fələstinli müqavimət qruplarının tərksilah etməyi planlaşdırır.  

"Əsrin müqaviləsi" başlamazdan öncə Fələstin rəhbəri Mahmud Abbas yenidən müqvimət qüvvələrinə yaxınlaşmağa başlayır və HƏMAS lideri İsmayıl Haniyə ilə danışıqlara başlayır.   Bu telefon danışığında Mahmud Abbas İsmayıl Haniyəyə bildirib ki, "Əsrin Müqaviləsi"nə qarşıyam və buna qarşı daxildə və xaricdə müştərək fəaliyyət göstərək.   Haniyə də öz növbəsində bildirib ki, Fələstin davasını və tam hüquqlarımızı qorumaq üçün ortaq cəbhədəyik. Fələstində tam hüquqlarımızı qorumaq üçün bir yerdəyik. Fələstin xalqının hüquqlarına məhəl qoymayan hər hansı bir planın gələcəyi olmayacaqdır.  

Qəzza sektoruna nəzarət edən HƏMAS hərəkatının sözçüsü Sami Abu Zuhri "tvitter" səhifəsində qeyd edib ki, Tramp və anlaşması tarixin zibil qutusuna gedəcək.   Fələstin dövlət başçısı Mahmud Abbas ABŞ prezidentinin planını rədd edərək deyib ki, raketlərimiz və təyyarələrimiz yoxdur, ancaq böyük bir millətin iradəsi və qətiyyəti var. Qarşıdakı günlər üçün əla vəziyyətdə olacağıq və hər kəsin yanımızda olmasını istəyirik. Hər kəsə ehtiyacımız var. Fələstin çətin bir gün keçirir. Səhnədə olmalı və xalq müqavimətini artırmalıyıq. Yaxın günlərdə mövqeyimizi birləşdirəcəyik. Tramp bizə istəmədiyimiz bir şeyi tətbiq etmək istəyir. Bu mümkün deyil və millətimiz buna qarşdır. Ömrüm boyu xain sayılmaq istəmirəm. Tramp ilə razılaşmadığım zaman mənə dedi ki, axmaq davranışınıza görə pul ödəyəcəksiniz. İsrailin planlarını pozmaq üçün müqavimət cəbhəsinə üstünlük veririk.  

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif məsələyə münasibət bildirib. Cavad Zərif Ağ Ev in planını "sülh və bölgə üçün kabus" adlandırıb.   Bundan əlavə Livanın "Hizbullah" hərəkatı Ağ Evin sənədini utancverici plan adlandırıb:  

"Vaşinqtonda baş verənlər arxa planda sui-qəsddə iştirak edən bir sıra ərəb rejimlərinin xəyanətinin nəticəsi idi".  

Səudiyyə Ərəbistanı rejimi isə Trampın addımını alqışlayıb.  

Bu plan Qərbi Şəriyədə və Qüdsdə fələstinlilərlə məhdud azadlıq verir. Fələstin rəhbərliyi yeni siyasət tədbirləri qəbul edərsə, müqavimət dayanarsa və İsrail ilə danışıqlarda digər addımlar atarsa bu proses 3 il ərzində baş tutacaq.   Ərəb ölkələrinin mövqelərinə gəlincə, qeyd etmək lazımdır ki, layihə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Oman tərəfindən dəstəklənib. Küveyt, İordaniya və Misir isə bu plana qarşı çıxıb. 

Əslində Tramp, fələstinlilərə və PA-ya təzyiq göstərməyə, həmin ölkələrin birbaşa təzyiqlərindən əlavə, Mahmud Abbası tək qoymağa və mövqeyini aşağı salmağa çalışacaq.  

Lakin Fələstin müqavimət hərəkatları işğal ilə qətiyyətli və əbədi mübarizə aparacaqlarını bildirib. Müqavimət hərəkatlarının bu addımı ABŞ və İsrail rejiminin bölgədə nə qədər təsirli olacağını göstərəcəkdir. \\Eastnews.org




Ana səhifəyə qayıt        Baxış: 1 237          Tarix: 31-01-2020, 22:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma