Xəbər lenti

Xırdalanda düz yolun ortasında "novostroyka" - Yolu bağlayıb "İcranın binası"-nı kimlər tikir:
Teref.az-ın poçtuna gələn bir şikayətin izi bizi Apşeron rayonu Xirdalan qəsəbəsinə aparıb çıxartdı. Şikayətçi yazır ki, Xirdalan qəsəbəsi H.Əliyev küçəsindən ayrılan dalanı M.Ə.Rəsulzadə küçəsi ilə birləşdirən yolun düz ortasında yeni "novostroyka" tikirlər. Başa düşürsünüz, yolu bağlayaraq, ancaq insanların keçməyi üçün balaca cığır qoyublar. Heç kimdə danışa bilməz, çünki tikinti başçının qardaşı Rövşən Quliyevin himayə və şərikliyindədir. Əvvəllər isə burda iki küçəni birləşdirən geniş maşın yolu var idi.İndi bu tikilən yeni bina yolu bağlayıb. Görəsən İradə Gülməmmədova hansı qanunlara istinad edərək belə icazəni verib?

Sonra məktubla teref.az müraciət edən şikayətçi yazır ki, o boyda yol bəs etməyib bunlar yanlarında olan "obyektin" belə ərazisinə giriblər. Amma "obyekt" sahibinn səsi belə çıxmır.Axı tikinti icranındır. Elə adıda "icranın binası"-dır


Ətarafında dövlət müəsisələri var, bir tərəfində demək olar ki,bitişik 2 mərtəbə bina o biri tərəfində isə Veteran və qazi təşkilatlarının yerləşdiyi 1 mərtəbəli evlər çıxışdırılıb. Bu bina isə heç bir təhlükəsizlik qaydalarına riayət edilmədən tikilir. Kimin tikdiyi, hansı şirkətin tikdiyi haqda heç bir məlumat tapmaq olmur.



Teref.az olaraq Apşeron rayonu, Xırdalan qəsəbəsi Heydər Əliyev küç ilə M.Ə.Rəsulzadə kücəsini birləşdirən o küçədə olduq.Hər şey yazıldığı kimi idi.Bəlkədə demək olardı daha pis bir vəziyyətdə. Müxbirimiz kimdən soruşdusa bu binanın kim tərəfindən inşa edildiyini heç kim bilmədi. Tikintidən çıxan fəhlələr bizi görən kimi tikintiyə əks istiqamətdə getdilər. Suallrımıza isə "bilmirəm" deyərək cavab verdilər. Elə bil binanı xəyalətlər tikirlər. Ən gülməlisi isə orda kimnən soruşduqsa ünvanı deyən olmadı. Tikintidən çıxan adamdan soruşursan ki, "Ay adam axı sən burda işləyirsən, buranın ünvanı hardadır?" Tikintidən çıxmasına baxmayaraq deyir: "Yox, burda işləmirəm, ünvanı bilmirəm...."
Qarşımıza çıxan bir xanımdan buranın adresini soruşanda, xanım "H.Əliyev küçəsi amma artıq sonudur., burdan sağa yolu Ərəbzəngilər kəsiblər, bina tikib pul qazanacaqlar.Güya icrada pulları azdır...." ded Niyəsinə isə, ""İcranın binası" yolu bağladı, keçidimiz qalmadı." dedi.
"Bəs niyə şikayət etmədiklərini soruşanda, xanım gülümsəyərək:
Kimə kimnən şikayət edək? Elə İcranın özü ya qardaşı Rövşən nə fərq edər ki? Onlar tikdirirdəə! Xirdalanda güya onlarsız kimsə daşı daş üstünə qoya bilərlər? Bu binada onların bir tayı."



Müxbirimizə danışan bir sakinin dediklər:
Bu yolun hələ adı yoxdur, " Vedili" kafesindən düz gedsən aşağıda 3 "novostroyka" var və dalan qurtarır. Burdan isə sağa dönüb çıxırdın Rəsulzadə küçəsinə. Çıxırdın, indi çıxa bilməzsən, çünki düz yolun ortasında bina tikirlər. Bütün qanunlara tüpürərək. Heç kimdədə qorxmurlar, heç kimidə saya salmırlar. Biz öz həyətimizdə 1 daş qoysaq o dəqiqə başımızın üstünü kəsdirirlər, amma özləri dövlətin torağında yerləşən xalqın yolunu kəsib bina tikirlər heç "uf" da demirlər. Bütün bu tikinti qanunsuzluqlarına başçının qardaşı Rövşən rəhbərlik edir!Bir iki dəfə gəlib bura, deyilənə görə ya özü tikir yada şərikdir.. Belədə bu boyda qanunsuzluq onların barmağı olmasa olada bilməz axı...
Teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az













Ana səhifəyə qayıt        Baxış: 406          Tarix: 25-02-2020, 12:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma