Xəbər lenti

 

Prezidentin çıxışından sonra təftiş başladı

Prezidentin çıxışından sonra təftiş başladı Koronavirus təşvişindən istifadə edib, tibbi maskaların və bəzi dezinfeksiyaedici məhsulların, qoruyucu vasitələrin qiymətini qaldıran iş adamları barədə ciddi tədbirlər görüləcək. BakuPost-a daxil olan məlumata görə, ölkə başçısı İlham Əliyevin dünən bu məsələ ilə bağlı çıxışından sonra aidiyyəti qurumlar araşdırmalara başlayıb. Məlum olduğu kimi Prezident dünən Goranboy Rayon Mərkəzi Xəstəxanasının kollektivi ilə görüşdə bu məsələyə xüsusi diqqət ayırıb.

Sitat: "Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşayiət olunur. Buna heç cür izahat tapmaq mümkün deyil. Çünki bizim kifayət qədər maska ehtiyatlarımız var. Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər. Bütün hüquq mühafizə orqanlarına tapşırıq verilib ki, əgər belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcəkdir. Çünki indiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir”. Məsələ burasındadır ki, ölkədə dərman sektoruna, daha doğrusu apteklər şəbəkəsinə rəhbərlik edən şəxslər heç də adi iş adamları deyil, onlar arasında iri məmurlardan tutmuş millət vəkillərinə kimi bir neçə şəxsin adı hallanır . Ən çox adı hallananlar isə bunlardır: Cavanşir Feyziyev, Kamaləddin Qafarov və Elmira Axundova.

Bu ilki növbədənkənar parlament seçkilərində qalmaqallı dairələrdən birindən seçilən Kamələddin Qafarovun da ölkənin dərman biznesində əhəmiyyətli paya sahib olduğu bildirilir.

Şirkət ayrıca Əhməd Rəcəbli küçəsindəki AzeriMed "Tibbi Market”də tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirir, bütün ölkəboyu şəbəkələşmiş "ZƏFƏRAN” apteklərinə və "ZƏFƏRAN HOSPİTAL”ı idarə edir. Kəmaləddin Qafarovun qeydiyyatda olduğu BİNƏQƏDİ RAYONU, MUSTAFA KAMAL ATATÜRK, ev MƏHƏLLƏ 3078 A, EV 65 A, m. 155 ünvanında onun daha bir ailə şirkəti – "AZƏRİ MED-MNK” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ hüquqi qeydiyyatdadır. Şirkət Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 10 manat nizamnamə kapitalı ilə 2008-ci il martın 11-də qeydiyyata alınıb. Qanuni təmsilçisi Kəmaləddin Qafarovun yaxın qohumu CANİLYA QAFAROVA RƏHİM qızıdır. \\Teref.az




Ana səhifəyə qayıt        Baxış: 1 573          Tarix: 6-03-2020, 20:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma