Xəbər lenti

 

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev geri çağırılıb.

BakuPost xəbər verir ki, dövlət başçısının bu barədə imzaladığı sərəncam sabah elan olunacaq.

Onun yerinə isə sabiq deputat Elmira Axundovanın təyin olunacağı bildirilir.

Qeyd edək ki, Azər Xudiyev son illərin ən qalmaqallı diplomatlardan biridir. Ölkə mətbuatında onunla bağlı saysız-hesabsız tənqidi materiallar yayılmaqda davam edir.

Ovqat.com-un məlumatına görə, Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev və bir sıra özünü yaxşı aparmayan diplomatların da barəsində eyni qərar verilib. Onların da yaxın günlərdə Bakıya çağırılacağı gözlənilir.




Ana səhifəyə qayıt        Baxış: 1 781          Tarix: 9-03-2020, 16:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma