Xəbər lenti
Bu gün, 16:00
Bu gün, 14:00
Bu gün, 12:20
Bu gün, 11:58
Bu gün, 10:08
Bu gün, 09:13
Dünən, 22:59
Dünən, 20:27
Dünən, 17:30
Dünən, 16:22
Dünən, 15:30
Dünən, 14:19
Dünən, 12:54
Dünən, 11:29
Dünən, 10:13
Dünən, 09:11
“Son dövrdə ölkədə baş verən çox ciddi siyasi və iqtisadi böhran məngənəsində boğulan Ermənistan və onun bədnam rəhbərliyi, görünür, dünyada cərəyan edən geosiyasi prosesləri ya anlamırlar, ya da anlamaq istəmirlər. Həyasızlıq, ikiüzlülük və işğalçılıq kimi neqativ kateqoriyaları özünün rəsmi imici və siyasəti olaraq dəfələrlə təsdiqləyən Ermənistan, sonunun yetişdiyinin fərqinə varmayacaq dərəcədə başını itirmişdir.”
Ovqat.com xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov Ermənistanın son dövrdə isterik şəkildə sərgilədiyi xarici siyasətə münasibət bildirərkən belə deyib.
Millət vəkilinin fikrincə, bütün dünya, beynəlxalq ictimaiyyət Ermənistan rəhbərliyinin sərsəm bəyanatlarının və iddialarının dəfələrlə şahidi olmuşdur. Amma son hadisələr göstərdi ki, bu ölkənin keçən il reallaşdırdığı “məxməri inqilab” və nəticədə heç bir ali məktəb bitirməmiş diletant Nikol Paşinyanın hakimiyyətə “oturdulması”, bəlkə də bu başabəla dövlətin tarixində ən rüsvayçı və uğursuz səhifələrdən biridir. Bunu təkcə biz demirik, dünyanın analitik düşüncə mərkəzlərinin, strateji planlaşdırma və təhlil qruplarının və nəhayət, çox nüfuzlu politoloqlarının rəylərində də bu qənaət bu və ya digər şəkildə təsdiqlənir.
K. Qafarov deyib ki, martın 31-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni separatçıları tərəfindən yaradılmış, dünyanın heç bir ölkəsinin, hətta Ermənistanın belə tanımadığı ərazilərdə qondarma “DQR prezidenti” seçkilərinin keçirilməsi, eləcə də bu günlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli formulası və formatı ilə bağlı Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın beynəlxalq ictimaiyyəti, hətta yaxın müttəfiqi sayılan Rusiyanı belə təəccübləndirən sərsəm bəyanatı Moskvanın vassalının ağlını itirməsi kimi qarşılandı. BMT-nin , Avropa Birliyinin, ABŞ-nin, Türkiyənin, Gürcüstanın, Ukraynanın, Qoşulmamaq Hərəkatının üzvü olan ölkələr təşkilatının , ATƏT-in Mİnsk qrupunun üzvlərinin , həmçinin bir sıra beynəlxalq qurumların və ölkələrin qondarma “DQR prezidenti” seçkilərini birmənalı şəkildə tanımadıqlarını bəyan etməsi, Ermənistanın ağılsız xəyallarını artıq neçənci dəfə suya düşürdü. `
Millət vəkilinin fikrincə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə ekskursunun və danışıqların növbəti raundu üçün müəyyən strateji konturlar bəyan etməsinin mürəkkəbi qurumamış, rəsmi Yerevanın illərdir davam edən danışıqlar prosesi tarixini tamamilə inkar edən həyasız bəyanatı hamını şoka saldı. Diplomatiya tarixində nadir hallarda təsadüf edilən bu kütbeyinlik və dayazlıq, qeyd etdiyimiz kim, hətta Moskvada da narazılıqla qarşılandı. Azərbaycanın Xarici İşlər Nazirliyi bununla bağlı erməni tərəfinə kəskin şəkildə etirazını bildirdi və bunu destruktiv hərəkət kimi qəti şəkildə pislədi.
Erməni lobbisi həmişəki kimi, bu dəfə də qeyd olunan bu hadisələri ört-basdır etmək, onları öz xeyrinə uyğun təqdim etmək üçün ATƏT-ə, eləcə də ABŞ-nin ermənipərəst konqresmenlərinə üz tutdular.Lakin onların bu cəhdinə də tutarlı cavab verildi. Azərbaycan Respublikası Milli Məclisi ATƏT-ə məktub göndərərək, qondarma “DQR prezidenti” seçkilərinə münasibət bildirmədiyinə, bu tipli separatizm meyllərini pisləyən bəyanat vermədiyinə görə öz etiraz və narazılığını bildirdi. Dağlıq Qarabağın Azərbaycan icmasının sədri, millət vəkili Tural Gəncəliyev isə ABŞ –nin Nümayəndələr Palatasına göndərdiyi məktubda konqresmenlər F. Pallone, J. Spayer, Q. Bilirakis və A. Şiffin Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində qurulmuş qondarma rejimin nümayəndəsinə məsuliyyətsiz “təbrik məktubu” göndərmələrini qınamış və buna etiraz etmişdir.
K.Qafarovun fikrincə, Almaniyanın Münxen şəhərində Nikol Paşinyanın İlham Əliyev tərəfindən sarsıdıcı şəkildə məğlubiyyətə uğradılması, onun maskasını cıraraq bütün dünya qarşısında rəzil etməsindən sonra istər Azərbaycan , istərsə də Ermənistan cəmiyyəti bir daha əmin oldu ki, Ermənistanı koronavirus, iqtisadiyyatın tənəzzülü yox, məhz sərsəm destruktivizm məhv edəcək!
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar