Xəbər lenti


Polşanın paytaxtı Varşava ətrafında yerləşən Milli Nüvə Təhqiqatları Mərkəzində yanğın olub.

“Report” xəbər verir ki, məlumatı Polşa Atom Enerji Agentliyi yayıb.

Bildirilib ki, yanğın radioaktiv tullantılar olan yerə keçməyib.

Mərkəzdə MARIA tədqiqat nüvə reaktoru işləyir. Orada dərman və başqa məqsədlər üçün izotop preparatları istehsal edilir. Məlumata görə, yanğın binanın izotoplar və radioaktiv maddələrin yerləşdiyi hissəsini əhatə etməyib.

Hadisə nəticəsində ətraf mühitə radioaktiv maddələrin tullantısı aşkarlanmayıb.



Ana səhifəyə qayıt        Baxış: 1 208          Tarix: 9-05-2020, 15:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma