Xəbər lenti

  Çinin paytaxtı Pekində çərşənbə günü yaşayış binasında baş verən yanğın nəticəsində 5 nəfər ölüb, daha 8-i yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli yanğın xidməti məlumat yayıb.

Hazırda yanğın söndürülüb, yaralılar yaxınlıqdakı xəstəxanalara göndərilib.

Polisin ilkin fərziyyəsinə görə, yanğına elektrik ötürücülü velosiped səbəb olub. Qurğu enerji yığımı zamanı alovlanıb.




Ana səhifəyə qayıt        Baxış: 504          Tarix: 13-12-2017, 08:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma