Xəbər lenti
 

ABŞ-da koronavirus ölümləri Trampı getdikcə çətin vəziyyətə salır. Bu zamana qədər Amerikada həm koronavirusa yoluxma, həm də bu səbəbdən ölüm faktlarının digər ölkələrlə nisbətdə çoxluğunu “biz real rəqəmləri açıqlayırıq, digər dövlətlər isə faktl gizlədirlər” kimi arqumentlərlə əsaslandıran Tramp artıq inandırıcılığını itirir. Getdiyi hər yerdə, xüsusilə də keçirdiyi mətbuat konfranslarında çətin suallarla qarşılaşan ABŞ prezidentinin zaman-zaman hövsələdən çıxdığı müşahidə olunur.
 
Koronavirusun ən çox yayıldığı yer olan Nyu-Yorkun mərkəzi meydanlardan birində asılan elektronik lövhədə də ABŞ prezidenti koronavirus ölümlərindən məsul tutulur. Anbaan artan ölüm hadisələrini göstərən lövhədə  rəqəmlərlə yanaşı “Ölüm anı – Tramp” sözləri yazılıb.
 
ABŞ-ın ünlü kino rejissorlarından Evgeni Jareki tərəfindən quraşdırılan lövhə barədə Washington Post qəzetində "Qoy, rəqəmlər danışsın" sərlövhəli məqalə də dərc olunub. Məqalənin müəllifi də elə Evgeni Jarekidir. O, məqaləsində ABŞ prezidentini günahlandıraraq yazır: "Bu ağrı unudulmaz. Bu günə qədər on minlərlə amerikalı rəhbərliyin gec tədbirlər alması və uğursuzluğu səbəbindən həyatını itirdi”.


Ana səhifəyə qayıt        Baxış: 2 160          Tarix: 14-05-2020, 23:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma