Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
BMT İranın zənginləşdirilmiş uran ehtiyatını artıraraq nüvə sazişini pozduğunu iddia edən hesabat hazırlayıb.
Ovqat.com AP (Associated Press) xəbər agentliyinə istinadən xəbər verir ki, hesabat BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən hazırlanıb və üzv ölkələrə göndərilib.
Geniş xalq kütləsindən gizli tutulan hesabata görə, İran qismən zənginləşdirilmiş uran ehtiyatını mayın 20-də 1,571 kiloqrama yüksəlib. Halbuki fevralın 19-da bu ehtiyat cəmi 1,020 kiloqram idi.
Qeyd edək ki, İranın 2015-ci ildə BMT TŞ-nın 5 Daimi üzvü və Almaniya ilə bağladığı müqaviləyə əsasən, Tehran uran ehtiyatını 202,8 kiloqrama qədər məhdudlaşdırmalı idi.
2018-ci ildə ABŞ, prezident Donald Trampın qərarı ilə birtərəfli qaydada müqaviləni tərk etməsindən sonra saziş göydən asılı vəziyyətdə qalmışdı. Bu ilin ilk günlərində ABŞ tərəfindən qətlə yetirilən general Qasim Süleymaninin ölümündən sonra İran sazişdəki öhdəlikləri yerinə yetirməyəcəyini bildirmişdi. Ölkə prezidenti Həsən Ruhani tərəfindən yanvarın 19-da dilə gətirilən bu bəyanat sənədə imza atan digər Avropa dövlətləri tərəfindən narazılıqla qarşılanmışdı.
BMT-nin sözügedən hesabatına inansaq, İran dolayısıyla müqavilədən çəkildiyini elan etdiyi 5 ay ərzində zənginləşdirilmiş uran ehtiyatlarını xeyli artırıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar