Xəbər lenti

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə ikinci dünya müharibəsi illərində Fransa Müqavimət hərəkatının iştirakçısı, "Armed Mişel", "Ryus Armed", "Хаrqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş, partizan hərəkatının əfsanəvi qəhrəmanı, azərbaycanlı sovet əsgəri Əhmədiyyə Cəbrayılov haqqında Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında Özbək dilində bölmə yaradmışdır.
 
Ovqat.com-un, Mədəniyyət Mərkəzinə istinadən verdiyi məlumata görə, yaradılmış bölmədə qəhrəmanın həyatı, müharibədə, habelə müqavimət hərəkatında göstərdiyi igidlik, bir sıra fransız şəhərlərinin azad olunmasında iştirakı, Parisin azad olunması münasibətilə keçirilən mitinqdə bütün Sovet əsgərlərinin adından çıxış etməsi və s. məlumatlar, faktlar öz əksini tapıb. 


 
Azərbaycanlılar İkinci Dünya müharibəsində fəal iştirak edərək faşizm üzərində qələbənin əldə olunmasında böyük rol oynayıblar. Həzi Aslanov, Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov və başqa azərbaycanlı döyüşçülərin müharibədəki qəhrəmanlığı barədə həm Azərbaycanda, həm də ölkənin hüdudlarından kənarda kifayət qədər məlumatlar var və onların şəxsiyyətlərinə böyük maraq göstərilir.
 
Bölmədə Əhmədiyyə Cəbrayılovun döyüşlərdə iştirakı, onun əsir düşməsi və daha sonra müqavimət hərakatında yer alaraq mübarizəsi, Fransanın nasistlərdən azad edilməsi üçün göstərdikləri igidliklər və onun qəhrəmanlığının keçmiş SSRİ, habelə Fransa dövləti tərəfindən qiymətləndirilməsi, müxtəlif mükafatlara layiq görülməsi və s. öz əksini tapmışdır. 


 
Qeyd olunur ki, öz igidliyinə görə sovet hərbçisi Fəxri legionun ən yüksək ordeni də daxil olmaqla, Fransaya məxsus çox sayda mükafatlara layiq görülən Əhmədiyyə Cəbrayılov ölümündən sonra da unudulmamışdır. 1995-ci il, ölümün ilk ildönümündə onun qəbri üzərində bürünc abidəsi qoyulmuş, 1998-ci ildə isə müqavimət hərəkatının könüllüsü Əhmədiyyə Cəbrayılov minnətdarlıq diplomu ilə təltif edilmişdir. 
 
Məlumatda azərbaycanlıların müxtəlif partizan dəstələrində nasistlərə qarşı vuruşması, Avropanın müxtəlif ölkələrinin faşist işğalından azad edilməsində iştirakları, çoxsaylı qurbanlar verməsi geniş işıqlandırılıb.  
 
Vikipediyada Özbək dilində yaradılmış Əhmədiyyə Cəbrayılov haqqında bölmə ilə https://uz.wikipedia.org/wiki/Ahmadiyya_Jabrailov linkində tanış olmaq mümkündür.


 
Bundan başqa, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbək mətbuatında Əhmədiyyə Cəbrayılov haqqında çoxsaylı məqalələr yayımlanmışdır. 
 
Özbəkistanın “fikr.uz”, “nargis.uz” və “Вечерный Ташкент» sayt və qəzetlərində
 II Dünya Müharibəsi veteranı, partizan, Fransız müqavimət hərəkatının ən görkəmli nümayəndələrindən biri, Azərbaycan xalqının faşizmlə mübarizənin ən ön sıralarında olmuş Əhmədiyyə Cəbrayılovun göstərdiyi qəhrəmanlıq, onun mübarizə yolu haqqında geniş məqalə verilib.
 
Qeyd olunub ki, İkinci Dünya müharibəsində faşizm üzərində qələbə digər xalqlarla yanaşı, Azərbaycan xalqının da insan resursları və külli miqdarda maddi sərvətləri hesabına başa gəlmişdir. Müharibədə 600 minə yaxın azərbaycanlının iştirakı, onlardan 300 mindən çoxunun həlak olması və ya itkin düşməsi vurğulanır. Yazılır ki, faşizmlə mübarizədə Əhmədiyyə Cəbrayılovun göstərdiyi əzmkarlıq Azərbaycan xalqının faşizm üzərindəki qələbəyə böyük tövhəsidir. 
 
“Fashizmga qarshi kurashgan ozarbayjonlik qahramon” adlı məqalə ilə   “Озарбайжонлик Франция  қаҳрамони” adlı məqalə ilə , «Унудулмас кахромонлик» adlı məqalə ilə linklərində tanış olmaq mümkündür.








Ana səhifəyə qayıt        Baxış: 3 434          Tarix: 7-06-2020, 11:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma