Xəbər lenti
Dünən, 17:54
Dünən, 16:27
Dünən, 16:00
Dünən, 13:44
Dünən, 11:43
3-02-2025, 23:43
3-02-2025, 22:59
3-02-2025, 21:48
3-02-2025, 18:25
3-02-2025, 17:20
3-02-2025, 16:30
3-02-2025, 15:49
3-02-2025, 15:13
3-02-2025, 14:04
3-02-2025, 13:23
3-02-2025, 12:12
3-02-2025, 11:23
3-02-2025, 10:43
25 avqust 1965-ci ildə Culfa rayonunun Teyvaz kəndində dünyaya göz açıb.Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki NDU) Azərbaycan dili və ədəbiyyatı ixtisasını fərqlənmə diplomu ilə bitirmiş, təyinatla həmin ali məktəbdə əmək fəaliyyətinə başlamış, baş laborantlıqdan professorluğadək yol keçmişdir. NDU-da dekan müavini (1998-2003), tədris işləri üzrə prorektor (2003-2011) vəzifələrində çalışmışdır.
İlk elmi məqalələri hələ tələbə ikən dərc olunub.1985-ci ildə o zamankı Ali və Orta İxtisas Təhsili Nazirliyinin "Ən yaxşı tələbə elmi işinə görə" medalı ilə təltif edilib.1998-ci ildə "Azərbaycan ədəbiyyatında sentimentalizm" mövzusunda namizədlik (fəlsəfə doktorluğu), 2011-ci ildə "Azərbaycan ədəbiyyatında Avropa mənşəli lirik janrlar" mövzusunda elmlər doktorluğu dissertasiyaları müdafiə edib.Ali Attestasiya Komissiyası tərəfindən ona 2003-cü ildə dosent, 2017-ci ildə professor elmi adları verilib. Otuza yaxın elmi kitabın, o cümlədən on iki monoqrafiyanın, üç yüz qırxdan çox elmi məqalənin, yüzlərlə qəzet məqaləsinin müəllifidir. Elmi əsərləri Azərbaycandan başqa, Bolqarıstan, Türkiyə, İran, Rusiya, Türkmənistan , Ukrayna, Gürcüstan, Qazaxıstan, Misir və s. ölkələrdə müxtəlif dillərdə nəşr olunub. "Ədəbiyyat nəzəriyyəsi kursunda sentimentalizm ədəbi cərəyanının öyrədilməsi"(1990),"XX əsr Azərbaycan ədəbiyyatında yeni lirik janrlar" (2002), "Azərbaycan poeziyasında sonet və terset" (2003), "Azərbaycan mənsur şeirinin təşəkkülü" (2006), "Azerbaycan mensur şiirinin tarihi" (Ankara, [2007), "Əli Səbri" (2007), " Azərbaycan ədəbi mühiti və türk dünyası" (2009] "Əli Məhzun və "Ədəbiyyata dair" əsəri"(2009), "Avropa lirik janrları və Azərbaycan ədəbiyyatı"(2009), "Türk halklarının edebiyat ilişkilerine dair araştırmalar" (Ankara. 2009) , " Азербайджанское стихотворение в прозе" (Москва .2011)."Пути развития Азербайджанского стихотворения в прозе" (Севастополь. 2011) , "Hüseyn Cavidin lirikası və Avropa poetik ənənələri" (2012), "Fərhad Ağazadənin "Ədəbiyyat məcmuəsi"ndə ədəbi-elmi fikir" (2012), "Səid Səlmasi" (2013), "Məmmədəli Sidqi və "Şeypur" jurnalı" (2014), "İzzəddin Həsənoğlunun ədəbi irsi" (2016) və s. kitabların müəllifidir. Bakıda 1910-1911-ci illərdə çıxmış "Yeni füyuzat" jurnalının bütün saylarını toplayaraq 2010-cu ildə kitab halında müasir əlifba ilə çap etdirmişdir. 2014-cü ildə isə Bakıda 1918/19-cu illərdə çap olunmuş "Şeypur" jurnalının bütün saylarını çapa hazırlayaraq kitab halında nəşr etdirmişdir.İyirminci əsrin əvvəllərində yazıb-yaratmış ədiblərdən Məhəmməd Hadinin, Abdulla Surun və digərlərinin mənsur şeirləri, Abdulla Divanbəyoğlunun "Məcnunun Leyliyə məhəbbəti" əsəri, Əli Səbrinin "Şəbi-hicran" povesti, "Kəndli və Su Adamı" tərcüməsi,Bağır Cabbarzadənin "Bir yetimin naləsi" romanı, Əlipaşa Səbur Hüseynzadənin "Zümzümə" və "Düşüncə yarpağı" adlı şeir kitabları, Əli Məhzunun "Ədəbiyyata dair" adlı elmi əsəri, Əliabbas Müznibin "Ürək yanğısı" hekayəsi, Ələkbər Qərib Naxçıvanlının "Haqq divanı", "Bacı və qardaş" hekayələri, bəzi məqalələri, Eynəli bəy Sultanovun bəzi məqalələri,Nemət Bəsirin, Əli Nazimin bəzi şeirləri, Səid Səlmasinin bir sıra bədii, publisistik əsərləri, həmçinin müasirlərinin S. Səlmasiyə həsr etdikləri bir çox məqalə və şeirlər, Məmmədəli Sidqinin "Məktəb" jurnalında çıxmış hekayələri, Abbas Səhhətin M.Y.Lermontovdan "Mtsıri" tərcüməsinin 1912-ci ildə nəşr olunmuş orijinal mətni (həmin tərcümə sonralar əksər nəşrlərdə dəyişikliklərlə verilib) də ilk dəfə H.Həşimli tərəfindən çapa hazırlanaraq müasir oxuculara çatdırılmışdır. 2009-cu ildə Türkiyədə "Türkiyə-Azərbaycan kültür və ədəbiyyatına hizmət ödülü"nə layiq görülmüşdür.Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar elm xadimi idi
Filologiya elmləri doktoru,professor,Əməkdar elm xadimi Hüseyn Həşimlinin xatirəsi onu sevənlərin qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin.
Ovqat.com

Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər