Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Bir neçə gün öncə ABŞ-ın respublikaçı senatoru Con Tün 2021-ci il müdafiə qanunvericiliyinə əlavə təşəbbüsündə Müdafiə Nazirliyinə Türkiyədən S-400 zenit-raket komplekslərinin satın alınması səlahiyyətləri verilməsini təklif edib.
Senator Tün Türkiyədən 2,5 milyard dollara Rusiyadan alınan S-400-lərin alınması ilə yanaşı ölkəyə 5-ci nəsil döyüş təyyarələri F-35-lərin satılmasına, eyni zamanda Ankaranın yenidən F-35-lərin istehsalı proqramında iştirakının bərpasını təklif edib.
Senatorun əlavəsi yetərincə cəlbedici olsa da, Senatdan dəstək alacağı şübhə doğurur. Birincisi, S-400-lərin satışı haqqında müqavilənin şərtləri dövlət sirri sayılaraq qapalı olsa da sənəddə silahların üçüncü ölkəyə satılmasının qadağan və müvafiq şərtlərlə bağlı nəhəng cərimələr olduğunu təxmin etmək çətin deyil. İkincisi, Türkiyə müqavilədəki məbləğin yalnız 45 faizini ödəyib, 55 faiz isə Rusiya bankından kredit götürülməklə ödəyib, yəni Türkiyənin S-400-lərə görə Rusiyaya hələlik müqavilə qiymətinin təxminən 55 faizi qədər borcu var. Məbləğ tamamilə ödənmədiyinə görə, avadanlıq müvəqqəti rejimdə işləməsi – məsələn hər 3 aydan bir yenilənməsi, ya da əks halda avtomatik olaraq bloklanması kimi texnik məhdudiyyətlər mümkündür.
Bundan başqa, təklif edilən dəyişiklikləri 2021-ci il ABŞ müdafiə qanunvericiliyinə artıq Senatın Silahlı qüvvələr komitəsində razılaşdırılmış (56-0 səslə) mətnin özü də istisna edir. Çünki sənəddə ABŞ HHQ-nə Türkiyənin sirafişi əsasında hazırlanan 6 F-35 təyyarələrini qəbul, istismar, ehtiyac olarsa modefikasiya etmək hüququ verilir. Yəni sözügedən 6 təyyarəni artıq Türkiyənin mülkiyyəti sayılmır. Türkiyənin məhkəmələrdə “ödəniş edildiyi üçün təyyarələr Türkiyəyə verilməlidir” məzmunlu iddiası ABŞ məhkəmələrindəki çəkişmələrdə nəzərə alınmayacaq, çünki ödənişin edilməsi müqavilənin digər bəndlərinin pozulmasına əsas vermir.
S-400-ləri Türkiyədən çıxarmayaraq ABŞ-ın İncirlikdəki aviabazasında yerləşdirmək də çıxış yoldu deyil – aviabazanın formatı NATO HHQ-nin S-400-lərə qarşı taktiki sınaqları üçün S-400-ləri bazada yerləşdirməyə və bu şəkildə istifadəyə imkan vermir. ABŞ isə digər istismar formalarını qətiyyən qəbul etmir.
Əslində S-400 və F-35 ətrafında yaranan gərginliyi çözməkdə Türkiyə kimi, ABŞ da maraqlıdır. Türkiyə NATO üzvüdür, ərazilərində nüvə tərkibli B61-11 bombaları var. Türkiyə SQ-nin F-16C təyyarəli məhz bu istilik-nüvə (hidrogen) bombalarının tətbiqi üçün texniki adaptasiya edilib, sertifikasiya edilib. Bu, hərbi təyyarəyə hansısa “icazə kağızı” vermək deyil, söhbət təyyarəlin bu missiyaya çox mürəkkəb texniki adaptasiyasından gedir.
Türkiyədə isə müxtəlif versiyalara görə, B61 modelinin 11-ci versiyası üzrə hazırlanan 40-50 B61-11 bombası var (dəqiq sayı həm dövlət sirridir, həm də mütəmadi texniki baxım tələb edən bu bombalar vaxtaşırı ABŞ-ın «Pantex» zavoduna göndərilir, dəyişdirilir və s). Bu silahlar ikiqat idarəetmə rejimi çərçivəsində nüvə müharibəsində tətbiq etmək üçün nəzərdə tutulub. Yəni, nüvə savaşı başlasa, ABŞ HHQ-nin zabiti silahları blokdan çıxardıqdan sonra Türkiyə HHQ onlardan istifadə edə bilər. Amma onu da deməliyik ki, müasir nüvə bombaları təyyarədən atılan və yerə təmas etdikdə partlayan “çəllək” deyil. Onlar mürəkkəb elektron idarəetmə sisteminə və nüvə başlıqlarına malikdirlər.
B61-5 hidrogen bombasının kontrolleri (şəkil National Museum of Nuclear Science & History-yə məxsusdur)
Göründüyü kimi İkiqat idarəetmənin texniki tərəfi iki ayrı naqil yuvacığını nəzərdə tutur. Belə ki, 1-ci yuvacıq ABŞ HHQ-nin, məsələn İncirlik aviabazasındakı Atəşin idarə edilməsi bölmənin zabiti tərəfindən bombanın tətbiqi rejimə keçirilməsi üçündür. 2-ci yuvacıq isə, Türkiyənin misalında, Türkiyə HHQ-nin pilotu üçündür. Oraya texniki adaptasiya olunmuş təyyarənin müvafiq naqili bağlanır və bombanın anbar rejimindən döyüş tətbiqi rejiminə keçirilməsindən başqa bütün yerüstü funksiyaları, o cümlədən özünüməfvetmə rejimini, təkrar edir.
Sertifikasiya olunmuş təyyarənin taktiki nüvə bombasını idarə etmə monitoru
Təbiidir ki, anbarda saxlama zanamı, nüvə bombasının ələ keçirilmə təhlükəsi yarandıqda ABŞ HHQ-ni zabitinin iştirakı ilə silahın özünüməhvi də həyata keçirilə bilər. Bu, partladılma yolu ilə deyil, elektrik sxemlərinin sıradan çıxarılması ilə baş verir. Şəkildəki 3 düymələr bloku məhz bunun üçündür.
Bir məqam da var: B61-11 bombaları artıq layihə dəyəri 12 milyar dollar olan B61-12-lərlə əvəzlənir. Yeni nəsil B61-12 bombalar, idarə olunan 0,3-50 kiloton gücə malikdir. Silahın özəlliyi GPS yönəltmə sisteminin və quyruq hissədə xüsusi aerodinamik sükanların olmasındadır. Bu qurğunun sayəsində B61-12 dünyanın ən dəqiq vuran nüvə bombasıdır – maksimal dairəvi kənarlaşma 30m.
Öz həndəsi ölçüləri və texniki xüsusiyyətləri ilə B61-12, həqiqətən, fenomenal bir nüvə silahıdır.
Türkiyə HHQ-nin F-16 təyyarələrinə gəlincə, onlar lisenziya üzrə elə Türkiyədə istehsal olunur. Türkiyə F-35-lərdən S-400-lərin xeyrinə imtina etsə, F-16-ların B61-12-ləri daşımaq üçün sertifikatlaşdırılacağı böyük şübhə doğurur. Bu eyni zamanda Türkiyənin taktiki nüvə silahlarına ikili istifadə imkanlarını itirməsi deməkdir ki, məsələ özlüyündə NATO və ABŞ-ın nüvə planlaşdırması üçün problem deməkdir.
Türkiyə üçün hərbi texnolojilər məsələsində həm ABŞ-la, həm də digər müttəfiqlərlə konflikt arzuolunmazdır. Türkiyə bir çox silah istehsal etsə də ABŞ və Avropadakı istehsalçılar və ortaqlar olmadan mürəkkəb texnolojilərə dayanan çağdaş silahları təkbaşına istehsal etmək gücündə deyil. Məsələn, Türkiyədə istehsal olunan SAM qanadlı raketlərinin mühərriki Fransada hazırlanır.
TF-X beşinci nəsil döyüş təyyarəsinin 2019-cu il Fransada aviasiya sərgisində nümayiş etdirilən tam miqyaslı maketi.
Türkiyənin ən iddialı layihələrindən biri olan 5-ci nəsil TF-X beşinci nəsil döyüş təyyarələrinin mühərrikini Rolls-Royce и Turkish Aerospace Industries ortaqlığı hazırlamalıydı. Ancaq indi Rolls-Royce-un texnolojilərinin Türkiyə tərəfə verilməsi ilə bağlı bir sıra məsələləri razılaşdırmaq mümkün olmadığından proses yarımçıq qalıb.
Bundan başqa, Türkiyənin T625 Gökbey helikopterlərinin mühərrikləri ABŞ-ın Honeywell, Britaniyanın Rolls-Royce şirkətlərinin ortaqlığı olan Light Helicopter Turbine Engine Company-də hazırlanır.
Altay perspektiv tanklarının Rolls-Royce şirkətlərinin bir bölməsi olan və Almaniyada istehsal edilən MTU mühərrikləri olacaq.
Türkiyənin ən müvəffəqiyyətli hərbi texniki layihəsi olan MİLGEM (Milli Gəmi) layihələri də elə adını çəkdiyimiz MTU mühərrikləri və General Electric şirkətinin LM2500 qaz-turbin mühərrikləri üzərində inşa edilir.
Bunlar yalnız mühərrik məsələsində asılılığı göstərən faktlardır. Silah istehsalında isə belə asılılıqların sayı-hesabı yoxdur.
Göründüyü kimi, S-400-ləri satıb F-35 almaq xam xəyaldır, S-400-lərdən istifadə isə NATO ölkələri ilə konflik yaradır. Demək, başqa çıxış yolu aramaq gərəkdir.
Böyük ehtimalla 2016-cı ilin sonlarından Rusiya ilə qurulmağa başlayan diplomatik romantikanın artıq sonu gəlib – bu gün həm Suriyada, həm də Liviyada Türkiyə faktiki olaraq Rusiya ilə vuruşur. Diplomatik romantikanı digər subyekti isə Çindir. Çinin uyğur siyasəti, kütləvi cəza düşərgələri, uyğun qadınların zorla çinlilərlə evləndirilməsi ilə müsəlman əhalinin artımının qarşısının alınması Türkiyə ictimaiyyətində birmənalı mənfi reaksiya doğurduğu üçün iki ölkənin yaxınlaşması mümkün deyil.
ABŞ-da isə Trampın Rusiya ilə yaxınlaşma romantikası suya düşməkdədir. Rusiya kəşfiyyatından ABŞ hərbçilərinin qətlə yetirilməsi üçün pul alınması haqqında söz-söhbət bu məsələnin də nöqtəsini qoyub. İyunun 30-da New York Times Əfqanıstandakı qaynaqlara istinad edərək BKİ-nin (Baş kəşfiyyat idarəsi – ГРУ Генерального штаба ВС РФ) Talibana pul verməsinə vasitəçilik edənlərin həbs edilməsi haqqında xəbər yayıb.
İndi Türkiyə çox çətin hərbi-strateji seçim qarşısındadır. Bir tərəfdə insan haqları, media azadlığı məsələsində Türkiyəni sərt tənqid edən NATO, digər tərəfdə Türkiyə üçün ziyanlı Rusiya-Çin birliyi. Qərar reallığın əskinə getməməlidir.
Avtandil Məmmədov
Enerji və hərbi-texniki məsələlər üzrə ekspert
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar