Xəbər lenti
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
“Azərbaycan İsrailin təkcə ticarət tərəfdaşı deyil, həm də regional müttəfiqidir. Odur ki, İranın da yer aldığı bu regionda güclü Azərbaycan İsrailin gözünə, qulağına çevrilə bilər”.
Ovqat.com xəbər verir ki, İsrailin “ISRAEL HAYOM” nəşri bu iddianı irəli sürüb.
Nəşrin müəllifi Reyçel Avraamın qələmə aldığı “İsrail xüsusilə indi Azərbaycanı dəstəkləməlidir” sərlövhəli məqaləni təqdim edirik
Ermənistanla Azərbaycan arasında gərginlik artıb – iyulun 12-dən başlayaraq, bir neçə gün iki ölkənin sərhədində hərbi toqquşmalar olub. O gündən, koronavirus pandemiyasına baxmayaraq, erməni diasporu hər yanda Azərbaycana qarşı etiraz aksiyaları keçirir. Ermənistan iddia edir ki, guya hücuma Azərbaycan tərəfi başlayıb. Bakı isə bu iddiaları rədd edir. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, İsrail müsəlman aləmində azsaylı müttəfiqlərimizdən olan Azərbaycanın bu çətin günlərində ona dəstəyini davam etdirməlidir.
Öncə qeyd etmək lazımdır ki, bu məsələdə beynəlxalaq hüquq birmənalı olaraq, Azərbaycanın tərəfindədir. Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə zidd olaraq, 1990-cı illərin əvvəllərindən Dağlıq Qarabağı işğal altında saxlayır. Onlar bu regionu işğal edən zaman yalnız Xocalı şəhərində 613 mülki azərbaycanlını qətlə yetirib. Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, Azərbaycan ərazisinin beşdə biri işğal edilib.
Ravvin (yəhudi icmasının dini xadimi-Ovqat.com) Zamir İsayev isə iyulun 12-də Azərbaycanla sərhəddə döyüşlərə məhz Ermənistan tərəfinin başladığını deyir: “Onlar Azərbaycan kəndlərini bombalayıb və bir neçə binanı yerlə yeksan ediblər. Nəticədə 11 azərbaycanlı həbçi həyatını itirib, bir neçə nəfər yaralanıb. Azərbaycan Ordusu Ermənistanın bu ərazidən döyüşə başlayacağını gözləmirdi. Çünki bu, döyüş bölgəsi deyildi”.
Demokratiyanın Müdafiəsi Fondunun enerji sahəsi üzrə baş məsləhətçisi Brenda Şaffer isə “The Jerusalem Post” nəşrinə açıqlamasında Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin keçdiyi ərazinin yaxınlığında hərbi əməliyyatlara başlamasının az ehtimal edilən olduğunu vurğulayıb. Söhbət Xəzər dənizindən hasil edilən qazın Avropaya nəql olunacağı boru xəttindən gedir. “Azərbaycan çətin ki, bu layihənin sabotaji ilə məşğul olsun”, - deyə o, bildirib.
Hadisələr qızışar-qızışmaz, Azərbaycanda yaşayan yəhudi icması Bakıya dəstəyini ifadə edib. Ravvin İsayevin sözlərinə görə, azərbaycanlılar bütün dünyada yaşayan yəhudilərə müsbət münasibət göstərir: “Onlar hər zaman yəhudlərin tərəfindədir. Azərbaycanda əsrlərdir yəhudi icması yaşayır. Burada antisemitizmə rast gələ biməzsiniz”.
Ravvin İsrailin Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini deyir: “Bakı bilir ki, İsrail ona hər zaman dəstəkdir”.
Yeri gəlmişkən, Azərbaycan İsrailin təkcə ticarət tərəfdaşı deyil, həm də regional müttəfiqidir. Odur ki, İranın da yer aldığı bu regionda güclü Azərbaycan İsrailin gözünə, qulağına çevrilə bilər. Eyni zamanda, o, özünü Ermənistanın təcavüzkar siyasətindən daha asanlıqla qoruyar. Odur ki, koronavirus pandemiyasının da tüğyan etdiyi bu çətin dövrdə İsrail höküməti Azərbaycana yardımını əsirgəməməlidir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar