Xəbər lenti
Dünən, 17:22
Dünən, 12:32
Dünən, 11:30
10-01-2025, 23:30
10-01-2025, 22:30
10-01-2025, 21:52
10-01-2025, 20:49
10-01-2025, 19:32
10-01-2025, 16:15
Azərbaycan ərazisində tammiqyaslı Azərbaycan-Türkiyə hərbi təlimləri başlayıb. Bu təlimlərdə təkcə Türkiyə ordusunun 11 mindən çox hərbçisi iştirak edir. Təlimlər ərəfəsində İsrail Bakıya 2700 Spike NLOS raketi göndərib. Ermənistan ərazisində də hərbi təlimlər başlayıb, lakin təlimlərin miqyası müqayisəedilməz dərəcədədir.
Ovqat.com xəbər verir ki, Rusiyanın Strateji Mədəniyyət Fondunun saytı bu iddia ilə çıxış edib.
Artıq Azərbaycanda erməni ordusunun nə zamanadək dağıtmaq mümkünlüyünün açıq müzakirəsi getdiyini bildirən nəşr bunun Türkiyənin köməyi ilə baş tutacağının da gizlədilmədiyini vurğulayıb
"Türkiyə ordusu 5-7 gün ərzində Gümrü – Yerevan istiqamətində 40-50 min nəfərlik hücum qruplaşması, 350-370 tank, 700-ə qədər top, minaatan və RSZO səhra artilleriyası, ordu aviasiyası alayı yarada, cəbhə aviasiyasının bir neçə eskadrilyası ilə qruplaşmaya dəstək verə bilər», - azərbaycanlı alim, professor Kamran Rüstəmov belə düşünür.
Onun sözlərinə görə, daha sonra Türkiyə ordusu Azərbaycan ərazisini qanunsuz silahlı birləşmələrdən təmizləməyə başlayacaq. Görünən odur ki, Dağlıq Qarabağın ərazisi nəzərdə tutulur. Bununla yanaşı, professor əmindir ki, nə Rusiya, nə də KTMT bu münaqişəyə müdaxilə etmək hüququna malik deyil.
Lakin o, anlayır ki, Rusiyanın 102-ci hərbi bazasının ərazisində yerləşməsi ilə bağlı problemlər yaranacaq ki, bu da "hadisələrin ən pis variant üzrə inkişafına səbəb ola bilər".
Ermənistanın ikinci prezidenti Robert Koçaryanın fikrincə, müharibənin bərpası ehtimalı çox yüksəkdir.
"Bu gün Azərbaycanda təkcə revanş üçün can atan hökumət yox, həm də analoji mövqe tutan xalq var. Və bu iki vəziyyət birləşdirildikdə, müharibənin bərpası təhlükəsi artır», - Koçaryan belə deyib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər