Xəbər lenti
Bu gün, 19:25


Milyonlarla amerikalı yaxın vaxtlarda öz evlərindən sürgün edilə bilər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, buna əsas səbəb dövlət tərəfindən borcların ödənilməsinə və kirayə haqlarının artırılmasına qoyulan moratorium müddətinin bitməsidir. Qeyd olunur ki, bu moratorium ABŞ hökuməti tərəfinən bu ilin mart ayında, pandemiya ilə əlaədar sosial çaxnaşmalardan qaçmaq məqsədilə tətbiq edilmişdi. Bununla ölkədə 12 milyon evdə qalan kirayənişinin maraqları nisbətən təminat altına alınmışdı.

“Stout Risius Ross” şirkətinin məlumatına görə, moratoriumun btməsi 17 milyon ailə və təsərrüfatı ciddi təhdid altında qoyur.
“The Washington Post” qəzetinin xəbərinə əsasən, bir neçə ştat tərəfindən başqa sahələrdə tətbiq edilən sosial tədbirlərin başa çatdırılması sıravi vətəndaşları ağır vəziyyətə salacaq. Belə ki, artıq dövlət tərəfindən kirayəçilərin borclarının ödənilməsi yaxın vaxtlarda dayandırılır. Bundan başqa, pandemiya dövründə işsiz qalan vətəndaşlara 600 dollarlıq sosial yardım da kəsilir. Həmin proqramdan tam 30 milyon ABŞ vətəndaşı yararlana bilirdi.

Ekspertlərin fikrincə, Birləşmiş Ştatlarda daşınmaz əmlak biznesində yaranan bu situasiya avqustun ortalarına qədər davam etsə, dünya iqtisadiyyatı üçün qorxulu vəZiyyət yaranacaq. Çünki nəticə etibarilə 40 milyondan çox amerikalı başının üstündəki tavandan məhrum olmaq təhlükəsi ilə üzləşib. Özü də ilk zərbə ənənəvi olaraq əhalinin ən kasıb hissəsinə dəyəcək. Daşınmaz əmlak üzrə tanınmış ekspertlərdən sayılan Denneriki Bruksun sözlərinə görə, bu dünyanı ən qüdrətli dövlətində əsl sunami effekti doğuracaq.
“CBS News” kanalına müsahibbəsinə xanım Bruks artıq indidən ABŞ məhkəmələrinin həm kirayənişinlərin, həm də kirayə verənlərin iddia ərizələri ilə “doldurulduğunu” deyib.

İqtisadçılar məsələnin qlobal səviyyədə böyüyərək 2008-2009-cu illərdəkinə bənzər böhranın yaranmasına gətirib çıxaracağını söyləyirlər. Çünki həmin böhran zamanı məhz ev kiralarını öddənilməməsi bankları müflis vəziyyətə salmış və problem “domino effekti” ilə bütün dünyanın maliyyə sistemini sarsılmasına səbəb olmuşdu.



Ana səhifəyə qayıt        Baxış: 2 918          Tarix: 4-08-2020, 16:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma