Xəbər lenti

 
“Müstəqil Belarus dövlətinin yaradılması mənəvi cəhətdən Rusiyaya xəyanət, hüquqi baxımdan isə qanunsuz addımdır”. 
 
Ovqat.com rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Yevgeni Fedorov deyib.
 
Deputat Böyük Vətən Müharibəsi illərində Belarus əhalisinin üçdə bir hissəsinin işğalçılarla döyüşlərdə ölməsiylə əsaslandırıb. Onun fikrincə, yerli sakinlər Brestdən Vladivostoka qədər bir ölkə uğrunda vuruşublar.
 
Fedorovun fikrincə, əvvəlki qərarları ləğv etmək və vahid bir dövləti bərpa etmək üçün hələ də şans var. O, hesab edir ki, Moskva ilə Minsk arasında müharibənin qarşısını almağın yeganə yolu budur.
 
 
Xatırladaq ki, Belarus 1991-ci ildə SSRİ-dən ayrılmışdı. Görünür, Rusiya Dumasının deputatı bunu qanunsuz adlandırıb. İkinci Dünya Müharibəsində Belarus xalqının üçdə birinin ölməsi isə, yəqin, onun fikrincə, ittifaq üzvlərinin mənəvi cəhətdən Rusiyadan asılılığını yaradıb. O hesabla, Rusiya sabah Azərnaycanı da özünə borclu hesab edə bilər. Çünki biz də eyni qaydada 1991-ci ildə SSRİ imperiyasından ayrılmış və İkinci Dünya Müharibəsində 300 min vətəndaşımız həlak olmuşdur.


Ana səhifəyə qayıt        Baxış: 3 845          Tarix: 6-08-2020, 15:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma