Xəbər lenti


Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov 2019-cu ildə 147,99 milyon rubl qazanıb, bu da 2018-ci ildə qazandığından 140 milyon rubl çoxdur. 
 
Ovqat.com xəbər verir ki, bölgə rəhbərinin və hökumətinin rəsmi saytında yerləşdirilən gəlir deklarasiyasında belə bildirilir.
 
Deklarasiyaya görə, Kadırov 2018-ci ildə olduğu kimi, ümumilikdə sahəsi 2344.3 kv m. olan yaşayış binasına və sahəsi 3,668 kv m. olan həyətyanı sahəyə sahibdir. Sənəddə göstərilir ki, Çeçenistan rəhbərinin bundan əlavə sahəsi 2 8361 kv.metr olan yeni torpaq sahəsi də var. Çeçenistanın başçısı, həyat yoldaşı və 12 azyaşlı uşağı isə sahəsi 300 kv.m olan evdə yaşayır. Kadırovun hələ də şəxsi nəqliyyatı yoxdur.
 
Çeçenistan rəhbərinin həyat yoldaşı 2019-cu ildə 2.4 milyon rubl qazanıb. O da həmçinin 209,8 kv. m. sahəsi olan mənzilə sahibdir.
 
2018-ci ildə Kadırovun gəliri 7,58 milyon rubl, həyat yoldaşının gəliri isə 60 min rubl təşkil edib.
 


Ana səhifəyə qayıt        Baxış: 4 518          Tarix: 7-08-2020, 23:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma